205 syf.
6/10 puan verdi
Səndən nigaranam
Yazar özü tanıdığım yaxşı insanlardan biridir . Eşidəndəki, kitabı çıxıb qaça qaça gedib almışdım . Çox axıcı maraqlı bir kitabdır . İnsana o qədər doğma və hüzur verici gəlir ki kitab . Kitabi oxuduqca bəlkə kimise nifrət edər sevgiyə, bəlkə hələ də bele saf sevgilərin olmasına inanariq. Elvin və Aynurun sevgisi , anlari, xatirələri çox bəyəndiyim hissə idi kitabda . Ama ən sonda Aynur Elvini tərk edib gedir .və bunun təbii ki, səbəbləri var idi ..Ama ele bir səbəbki Elvində də eyni idi . Bəlkə indi deyessiz kash Aynur getməzdi tərk etməzdi. Ama mən nədənsə haqq verirəm bəlkə məndə olsam gedərdim. Ən sonunu kitabı bağlamaq Aynura düşür, Elvin kitabı bitirənmir. Təbii ki, buda ayrı bir maraq doğurur onuda demiyim oxusaniz bilessiz . Sevdiyim xoş kitablardan daha birinə çevrildi ..10/10
Səndən Nigaranam
Səndən NigaranamAdil Samir · Kitab Oxu Nəşriyyatı · 202325 okunma
205 syf.
8/10 puan verdi
Əslində stereotiplərim var idi kitabla bağlı, lakin oxuduqdan sonra hamısı yox oldu. Sevgi anlayışı hər kəs üçün fərqlidir və bir çox pəncərədən baxa bilərsiniz. Hər bir pəncərədə isə fərqli mənzərə ilə qarşılaşacaqsınız. Bu kitabda o pəncərələrdən birini sizin üçün açır. Elvin və Aynur barəsində danışmaq lazımdırsa, nə deyim bilmirəm. Aynur bəziləri üçün haqlıdır, bəziləri üçün deyil. Getməkdə bir gücdür, qalmaqda. Səbəblərini anlayıram və empatiya qura bilirəm. Yerində olsam nə edərdim deyə düşünəndə anlayıram ki, yerində olmadan qərar verə bilmirəm. Hətta yerində olsam, eyni insan olmadığımız üçün fərqli qərar versəm belə onu qınamıram. Yarğılamayın, oxuyun və anlayın.
Səndən Nigaranam
Səndən NigaranamAdil Samir · Kitab Oxu Nəşriyyatı · 202325 okunma
Reklam
205 syf.
·
Puan vermedi
Adil Samir– Səndən nigaranam. Kitab yazarın ilk kitabıdır və çox gözəl, axıcı bir dillə yazılmışdır. Kitabda Elvin və Aynurun sevgisindən bəhs edir. Aynur bəzi səbəblərə görə Elvinə xəbər vermədən onu tərk edir. Elvin isə ona olan sevgisini, ayrıldıqları vaxtda keçirdiyi hissləri, həyatını kitaba köçürür. Və sonu heç gözləmədiyim şəkildə bitir. Kitabdan çox danışıb spoilər vermək istəmirəm. Kitabda o qədər çox altənı xətlədiyim cümlələr var ki, hər kəs özündən bir hissə tapacağına əminəm. Adil bəyi bu uğurlu kitabı üçün təbrik edirəm və uğurlarının davamını diləyirəm. Qələminiz güclü olsun
Səndən Nigaranam
Səndən NigaranamAdil Samir · Kitab Oxu Nəşriyyatı · 202325 okunma
73 öğeden 81 ile 73 arasındakiler gösteriliyor.