İnsan başa düşmür ki, nə vaxtsa nəsə alırsa, bunun əvəzini pulla deyil, o pulu qazanmağa həsr etdiyi ömrü ilə ödəyir. Həyatda pulla alınmayan yeganə şey ömrümüzü yaşamaq üçün sərf etdiyimiz zamandır. İstəklər tələlərdir.
Həyatı mənalı və ya mənasız edən bizim ona münasibətimiz və verdiyimiz dəyərdir. Həyatın mənasını axtarmaqdansa, onu öz dəyər, hədəf və məqsədlərimizə uyğun şəkildə formalaşdırmalıyıq.