aytan

aytan

, bir kitap okudu
9/10
·328 syf.··
16 günde okudu
·
2024 5. kitabı
Wulf Dorn
8/10 · 2.835 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
9/10
·328 syf.··
2024 5. kitabı
·
16 günde okudu
·
Okunma: 30 Kasım 2024 22:07
"Gölün içi , diye düşündü, nasılsa taş dolu." Kitabın bu son cümləsi çox qəşəng və mənalı idi axı. İnsanoğlu əsla ağıllanmaz, nəyisə düzəldəcəyin düşünər amma yenə dönüb dolaşıb eyni yerə çıxar. Bəzən yaşadığımız bu dünyanın ucsuz bucaqsız, tükənməz olduğun düşünürük, bir növ onun hər şeyini istismar edirik, sabahımızı düşünmürük. Axı axrımız hara gedir? İllər keçdikcə həm insan özünü həm də insanlığı elə özü məhv etdiyinə əmin oluram. Hər inkişafın pik bir nöqtəsindən sonra tənəzzülü gəlir. İnkişaf etdiyimizi sanırıq, bəs həqiqətən inkişafmı edirik? Yer üzərnin iki fərqli nöqtəsindən birində insanların yeyib-içib şənlənib, eqoistcəsinə özünü düşünərkən, digər nöqtəsində səfil həyat sürməsi ədalətdirmi? Axı bu təbəqələşməni kim yaradıb? Yaşananların günahkarı insanın özüdür yoxsa bütün cəmiyyət? Hər gün biri-birindən daha canicəsinə cinayətlər, savaşlar, qətliamlar yaşanır, axı bütün bu insan ideologiyasının pozulmasına kimlər səbəb olub? Biz harada səhv elədik? Bəli cəmiyyət, insan özü özünün düşmənidir. Düzələcəyini sanmıram və bu qorxuludur...
TravmaWulf Dorn · Pegasus Yayınları · 20172,835 okunma
Gölün içi, diye düşündü, nasılsa taş dolu.
Laura Schrader anlattıklarının bu noktasına geldiğinde, "Ölümlü olduğumuzu bilmek bize doğru olanı yapmayı öğretir," dedi. "Bu benim değil babamın sözüdür," diye ekledi ve yüzünde hafif bir gülümseme belirir gibi oldu.
İnsan ve Duygular
Puan vermedi·111 syf.··
2024 4. kitabı
·
3 günde okudu
·
Okunma: 17 Kasım 2024 21:15
Kitabı oxuyarkən o qədər əsəb keçirdim ki. Bir insan nə qədər manipulyator ola bilər axı. Əslində kitabın adı xoşuma gəlmişdi. Düşünmüşdüm ki, Ledi Suzan möhtəşəm bir qadın olar, sonuçda "ledi"-dir axı. Lənət olsun, ətrafınızda belə insanların olmamasını arzu edirəm sizə. Amma yenə də nə olursa olsun, insanların gerçək üzü bir yerdə üzə çıxır. Kitabın məktublar şəklində olması , hadisələrin gedişini anlamağa əsla çətinlik törətmirdi, anlaşıqlı, sürükləyici idi və çatdırılması nəzərdə tutulan duyğu və düşüncələr ,hadisələrin gedişatı gözəl təsvir edilmişdi düşüncəmə görə.
Ledi SuzanJane Austen · Mini Klassika · 20211,186 okunma