aytan

Vərdişi məhv edən birinci boşluq deyil, birincinin ardınca gələn digər boşluqlardır. Birinci boşluq təsadüfdür. Arxa-arxaya iki boşluq yeni vərdişin başlanğıcıdır.
Reklam
Ümumi qayda belədir: hansısa bir davranışdan nə qədər tez həzz alırsınızsa, onun sizin uzunmüddətli məqsədlərinizin əleyhinə olub-olmaması üzərində bir o qədər ciddi düşünməlisiniz.
Başqa sözlə, yaxşı vərdişlərin itkisi bu günə, pis vərdişlərin itkisi isə gələcəyə aiddir.
Bir qayda olaraq, pis vərdişin ani nəticəsi məmnunluqla müşayiət olunur. Amma son nəticə yaxşı heç nə vəd etmir. Yaxşı vərdişlərdə hər şey əksinədir: hazırkı nəticədə heç bir həzz yoxdur, amma əvəzində gələcək nəticə çox şey vəd edir.
İstədiyindən az etmək daha yaxşıdır, nəinki heç nə etməmək.