aytan

Alman filosof və şair Nitsşe yazırdı: “Nəyə görə yaşadığını bilən insan istənilən “necə”yə dözə biləcək”.
Reklam
Kaed Budrisin dediyi kimi: “Xoşbəxtlik həyata keçmiş bir arzu ilə yeni formalaşan arzu arasındakı boşluqdur".
“Vərdişlərin dəyişilməsi ilə bağlı çətinlik yaşayırsınızsa, məsələ sizdə deyil, sisteminizdədir. Pis vərdişlərin dəfələrlə təkrarlanması sizin onları dəyişmək istəməməyinizlə deyil, ilk növbədə yanlış sistemi dəyişməyinizlə bağlıdır”.
Uğur qazanmaq imkanınızı ən yüksək həddə qaldırmaq istəyirsinizsə, rəqabət üçün düzgün sahə seçmək çox vacibdir. Bəxtin siz tərəfə daha yatımlı olduğu oyunları seçməlisiniz.
Səhvin nəticələri nə qədər sürətli və təhlükəlidirsə, düzgün davranmağı öyrənməyə bir o qədər tez hazır oluruq. Mənfi geri bildirimdən çəkinən santexnik işini yaxşı görməyə çalışır. Müştərilərin qayıtmayacağı qorxusundan restoran onlara dadlı yeməklər təklif edir. Yanlış damarı kəsəcəyi qorxusundan cərrah insan anatomiyasını hərtərəfli öyrənir və ehtiyatlı davranır. Nəticələr qorxudanda insanlar tez öyrənirlər.
Reklam