Niyə? Bu suala cavab vermək asan deyil... Niyə öyrətmək mənim xoșuma gəlir? Çünki bu vacibdir. Yox, yox..məncə, elə deyil. Bu, daha çox balıq tutmağa oxşayır. Bilmirəm, bu hiss sizə tanışdırmı... Nəyisə tutmaq... dənizdən çıxarmaq, həm də nəyi çıxardığınızı bilməmək. Ən əsası isə nəyisə gözləmək.
Mənim babam qəddar hökmdar idi. Əsl
tiran... Yüzlərlə köləsi var idi, amansız əyləncələrdən zövq alırdı. Tayfa müharibələrində düşmənlərini amansızcasına öldürürdü. Adamların lərzəyə düşmələri üçün onun elə bircə adının çəkilməsi kifayət edirdi. Nə olsun?Onu hələ də xatrlayırlar! Ona heyranlıq duyurlar! Ona hörmət edirlər! Böyük Əhməd Abdulla! Bəs mən? Mən neylədim? Məktəblər, xəstəxanalar, yaşayış evləri tikdim, xalqın sosial vəziyyətini yaxşılaşdımaq üçün çalışdım. Hər șeyi xalq üçün etdim! Bəs xalq bunu istəyirdimi? Bəlkə, xalqa tamam başqa bir șey lazımdır? Bəlkə, babam etdiyi kimi davranmalıyam?