"Mətbuatın ilk nümayəndələri sayıla biləcək sözgəzdirənlər, cəmiyyəti məlumatlandıraraq insanları yalançılardan və müftəxorlardan qoruyan jurnalistlər kimiydi."
"Nəzəriyyəyə görə, dilimiz dedi-qodu vasitəsi kimi təkamül edib və Homo sapiens hər şeydən əvvəl sosial heyvandır. Sosial əməkdaşlıq – həyatda qalıb çoxalmağımız üçün böyük əhəmiyyət daşıyır. Kişi və qadın fərdlər üçün şirlərin və öküzlərin yerini bilmək kifayət deyil, qəbilədən kimin kimə nifrət etdiyini, kimin kimlə yatdığını, kimin vicdanlı, kimin əliəyri olduğunu bilmək daha mühümdür."