Ayya blog

"Bir çox fərqli insan növünün birlikdə yaşadığı bir dünyada necə mədəniyyətlər, cəmiyyətlər və siyasi quruluşlar meydana gələrdi? Məsələn, dini etiqadlar necə inkişaf edərdi? Dini kitablar Adəm ilə Həvvanın Neandertalların atası olduğunu, ya da İsanın Denisovalıların günahları üçün öldüyünü deyərdi? Yaxud Quran cənnətdə, hansı növdən olursa-olsun, bütün mömin insanlar üçün yer ayırardı? Neandertallar Roma legionlarında, ya da Çin İmperiyasının geniş bürokratiyasında xidmət edə bilərdilərmi? Amerika İstiqlaliyyət Bəyannaməsi bütün Homo növlərinin bərabər hüquqlu olduğunu elan edərdi? Karl Marks bütün növlərin fəhlə sinfini birləşməyə çağırardı?"
Sayfa 31·Kitabı okudu
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
"Sapiens Neandertallarla ilk dəfə qarşılaşdıqda, tarixdə ilk və ən böyük etnik təmizləmə əməliyyatının baş verməsi tamamilə mümkündür."
Sayfa 31·Kitabı okudu
"Bioloji həqiqətlər qara və ağ deyil, çox mühüm "boz zonalar" da var."
Sayfa 29·Kitabı okudu
"Yaxın vaxtlara qədər savannada orta mövqelərdə yer tutan canlılar olduğumuz üçün hələ də qorxu və təşvişlərlə doluyuq, bu da bizi ikiqat təhlükəli edir."
Sayfa 24·Kitabı okudu
"Məməlilərin əksəriyyəti ana bətnindən, sobadan çıxan saxsı qab kimi çıxar, onlara forma verməyə çalışmaq – onları zay etməklə, yaxud sındırmaqla nəticələnir. İnsanlar isə ana bətnindən, sonradan çıxan ərimiş şüşə kimi çıxarlar, onlara təəccüblü dərəcədə istənilən formanı vermək mümkündür. Buna görə də bu gün uşaqlarımızı xristian və ya buddist, kapitalist və ya sosialist, müharibə tərəfdarı və ya sülhsevər kimi böyüdə bilərik."
Sayfa 23·Kitabı okudu