- Bəs onda nə üçün ağlayır? Otto ki onu sevir. Mənsə elə bilirdim sevmək yaxşı şeydir...
- Bilmirəm, - böyük bacı fikirli-fikirli dillənir. - "Elə mən də güman edirdim ki, yaxşı şeydir".
Cəmi məxluqat cəm olub təbiətin torunu birdəfəlik qırmağa qəsd etsələr, yenə də onların qarşısında bir ahənin sədd, bir vəhşi və müdhiş düşmən qalır ki, onu heç bir qüvvət, heç bir mədəniyyət silahı ilə rəf etməyə qadir olmazlar; necə böyük bir qüvvət olursa, onun qarşısında payız yarpağı kimi titrər, nə qədər insan xoşbəxt olursa, onun qorxusundan asudə olmaz; o da... ölümdür!..