Vinni Puh ağacın altında oturdu, əlləri ilə başını tutub düşünməyə başladı.
O, əvvəl öz-özünə dedi:
- Bu vızıltının bir mənası var. Heç kim boş-boşuna vızıldamaz. Ağac vızıldaya bilməz. Vızıltı varsa, vızıldayan da var. Mən bilirəm ki, vızıldayan arıdır.
Sonra o biraz da düşünüb dedi:
- Bəs arı nəyə lazımdır? Bal düzəltmək üçün.
O ayağa qalxıb dedi:
- Bəs balı niyə düzəldirlər? Düzəldirlər ki, mən onu yeyim.