Edebiyat
Edebiyat

Belə..

Belə..
Hər insanın qarşısına onun üçün hər şeyi etməyə hazır olan bir şəxs mütləq çıxır və həmin insan mütləq o şəxsin qədrini bilmir: həyat belədir, başqa cür olmur.
Belə..
Sənə çox qəribə gələr bu nəğmə Məni ilk dəfədir tutqun görərsən Hər vaxt baharımda dolanmısan sən Hələ payızımda gəzinməmisən.. Sən elə bilərsən çiskinə, qara Ən uca zirvələr bürünər ancaq Sən elə bilərsən gedən qatara, Hər vaxt gecikənlər yüyürər ancaq Gah elə bilərsən günahkar mənəm Gah elə bilərsən günah səndədir Hərdən hönkürərsən uçdu əlimdən Hərdən hıçqırarsan yox, mənimlədir... Bağrın oda düşər hicran əlindən Dənəvər-dənəvər yanar dar kimi Bir də göylərinə qayıtmaram mən Bir yol yağıb keçən buludlar kimi.. Yazmasam, susubdur, ölübdür demə...
Vahid Aziz
Vahid Aziz
🤍