Bahar Garakhan

Bahar Garakhan
@bahar1999
Intagram hesabım- Hasan AYDIN
Puan vermedi·256 syf.··
2019 13. kitabı
·
1 saatte okudu
·
Okunma: 02 Nisan 2019 19:18
Helo, millət! Necəsiniz? Yazın ən sevdiyim vaxtlarıdır. Hər şey yenidən başlayır sanki. Torpaq canlanır, ağaclar sevdiklərinə qovuşur. Payızın aldıqlarını sevinərək təbiətə qaytarır yazımız. Aprelə Sabahattin Ali'dən "Içimizdəki şeytan" kitabıyla başladım. @sahhafci kitab evindən əla endirimlə əldə etmişdim set şəklində. Bu kitabla tanış olmaq istədim Sabahattin Ali ilə. Ümumiyyətlə, aldığım Sabahattin Ali seti türk dilindədir. Düzdür, Azərbaycan dilində oxumağı sevsəm də türk yazarlarını orginaldan oxumağa üstünlük verirəm. Keçək kitaba, ilk səhifələrdə yalnız sadə bir sevgi romanı olacağını zənn etdim. Amma hər zaman ki kimi tez qərar verdim. Kitabın adı kimi özü var. Həqiqətən "içimizdəki şeytanı" anladır. Hamımızın içində bir şeytan var. Kitabda yazar o qədər mükəmməlcəsinə siyası, fəlsəfi məsələrdən yazıb ki, belə təsvirlərə heyranlıq duyuram. Obrazlar haqqında çox yazmayacam çünki, əminəm, çox adam Sabahattin Ali'ni "Kürk paltolu Madonna" ilə tanıyır və "Içimizdəki Şeytan"ı oxuyan lap az adam olar ona görə də çox "spoi" verib marağını öldürmək istəmirəm. Sadəcə baş obrazdan danışacam. Ah, zavallı Ömər! Necə içdən, səmimi bir o qədər də alçaq bir gənc idi. Hələ siz onun ürəyində səssizcə vicdanı ilə mübahisəsini oxuyardınız insana necə təsir edir bu. “İçimizde şeytan yok! İçimizde aciz var! Tembellik var! İradesizlik, bilgisizlik ve bunların hepsinden daha korkunç bir şey:Hakikatleri görmekten kaçmak itiyadı var!” Düşünürəm də her kəs özü istəyərək "şeytan" gəzdirir içərisində. Hər etdiyi yaxşı ya pis şeylərə "əməl donu" geyindirir. Məsələn, mən bunu yazarkən "həyatdakı Ömərin necə aciz olduğunu" düşündüm. Siz isə oxuyarkən nə düşünəcəksiniz bilmirəm. Amma nə düşünəcəksinizsə kitab adını qeydə alıb oxuyacaqlarnıza artırmağınızı ümid edərək sonlandırıram
İçimizdeki ŞeytanSabahattin Ali · Yapı Kredi Yayınları · 2019208,9bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Puan vermedi·335 syf.··
2019 7. kitabı
Helllu, guys ! Necəsiniz? Tələbələrin "tətili" bitir. Yenə aramsız mütailə pozulacaq. Ancaq avtobuslar, metrolar və dayanacaqlar fürsət olacaq bizə. Amma bəlkə tək mənəm belə düşünən dərslərlə birlikdə ancaq 10-15dəqiqə vaxt edib axşamlar oxuya bilirəm. Keçək kitabımıza, yenə də çox insanın xəbərdar olduğu kitab Ethel Lilian Voynich'in Ovod'u. Tək mən qalmış ola bilərdim oxumamış. Rəfimdə hələ çox belə tip kitab var məni gözləyən. Hər kitabın öz vaxtı vardır oxunmağa. Ovodun'da öz vaxtı var idi. Tanıyanlar bilir çox tarixi sevmirəm, amma bədii kitablarda nədənsə çox sıxmır məni. Amma biraz sıxır.) Ona görə də vaxtım ola-ola kitabın bitməsi uzun oldu. Kitab tarixi mövzudadır. Yalan, sevgi, nifrət inqilab, kilsəyə qarşı mübarizə'dən bəhs olunur. Bəzən fikirləşdim mən Arthurun yerinə olsaydım nə edərdim? Siz nə edərdiniz? Yaşadığı böyük bir yalan ilə 19 il. Qarşılıqsız sevdiyinin onu alçaltması, (mən belə qəbul edirəm) Allah qədər inandığı birinin əslində bir saxtakar olması, qırılan dostluqlar və ən əsası üzərinə atılan utanc verici şər-böhtan. Insan belə necə yaşaya bilər ki?! Düşünülməsi belə əzab verir insana. Arthurun həyatı elə bundan sonra başlayır kaş hər kəs Arhur kimi güclü ola bilsəydi. Çox spoilər verməyim amma bu kitab həqiqətən "oxunulası kitablar" sırasına düşməlidir. Insanlar əsl mübarizəni, çətinliyi, əzabları görsün deyə. Düzdür dediyim kimi kitab uzun vaxtımı aldı amma dəyərdi. Kaş Montanalli belə etməzdi. Bu kitabı da üzülərək bağladım. Sizə xoş mütaliələr Ps. Bunu artıq hər dəfə bildirməliyəm. Yazarların və obrazların adını xahiş tərcümə etməyin. @qanunpublish
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20122,316 okunma
3/10
·193 syf.··
2019 6. kitabı
Bu gün ən sevdiyim dedektiv'lə gəldim. Əlbəttdə bu Sherlock Holmes'dur. Bu dəfə də yenə maceradan-maceraya atıldıq birlikdə. Deməli, kitab bir mövzu üzrə iki hissədən ibarətdir. Birinci hissə Sherlock'a məktub gəlməsiylə başlayır. Sonra Watsonla birlikdə yenə qəribə işə könüllü atılırlar. Elə bu zaman birinci hissənin həyəcanı başlayır və hər zaman ki kimi Sherlock'un qəribə sərgüzəstləri davam edir. Sonunda yenə o müəmmalı qətlin üstünü ustalıla açır. Sonra ikinci hissə başlayır. Qatilin həyatında danışılır burada düz 100səhifəlik. Düzdü qatilin həyatı da maraqlıdır amma 100səhifə çox uzun idi məncə. Arthur Conan Doyle ancaq Sherlock'dan yazsın. Bu daha uğurlu alınır Sizə də xoş mütaliələr
1000Kitap
Korku Vadisi - Sherlock HolmesArthur Conan Doyle · Türkiye İş Bankası Kültür Yayınları · 201610,5bin okunma
10/10
·384 syf.··
2019 5. kitabı
Hellu, guys. Əgər bütün ətrafınız sizə sandığınız adam deyil, başqa birisi olduğunuzu söyləsə nə edərdiniz? Məni izləyənlər bilir necə Wulf Dorn heyranıyam. Psixoloji-gerilim janrında yazan yazarlardan ən yaxşısı demək olar. Kitabın son səhifəsində bildim ki, Şizofren kitabının ardı Oyunbaz kitabıymış. Siz oxumaq istəsəniz ardıcıllığa fikir verərsiniz ●●●●●●●●●●●●●●●●●●●●●●●●●● Keçək kitabımıza, məşhur bir psixiatr olan Yan Forstnerə naməlum biri tərəfindən gül buketi gəlir elə hər şey bu andan başlayır. Sonra ard-arda aldığı o qəribə və qorxunc məktublar, şəkillər artıq psikatrın şüpələnməsinə səbəb olur. Göndərilən şəkillərdən məlum olur ki, gizli aşiqin böyük psixi xəstəliyi varmış. Artıq bu qadın psixatrın qorxularına səbəb olur. Və qadını axtarmağa başlayır. Kimdir axı bu qadın? Onun haqqında bu qədər məlumatı hardan bilir? Ən qorxulusu artıq tanışlarına, dostlarına zərər verməyə başlayıb. Və psixatr bu sualların cavablarını axtaran zaman qorxu-heyacan, psixoloji gerilim başlayır. Kitabı elə həyəcanla oxuyur ki, insan həm psixi xəstənin kim olduğunu öyrənmək həm də kitabın bitməməsini istəyir. Əvvəldən axıra kimi həyəcanla oxunan kitab "OYUNBAZ" olsa gərək. Xoş mütaliələr
OyunbazWulf Dorn · Pegasus Yayınları · 20165,8bin okunma