Əsər Rüzgarın diliylə danışılır. Yağmur adlı bir qıza olan eşiqini. Açıqcası əsəri oxuduqca Yağmuru qısqandım. Biri bu qədər gözəl sevilərkən, necə olurda o sevgini görməzdən gəlir?! Rüzgar bütün xəyallarını, həyatını Yağmura həsr etmişdi, hər nə qədər Yağmurun sevdiyi başqa biri olsada. Yağmurda da Rüzgarın yeri fərqli idi təbiki, amma sadəcə üzülərkən, qırılarkən sığınacaq bir liman kimi, Rüzgarda bunun fərqində idi. Lakin nə etməli qəlb söz dinləmir.
Belə bir sözə inanmışamdır, əgər birini həddən çox sevərsəniz, sevginizdən çox acı çəkərsiniz, bax belə Rüzgarın həyatı mənə bu cümlənin doğruluğunu yenidən xatırladır.
Hər nə qədər Rüzgarla Yağmur bir-birilərini uzun müddət görməsələrdə, bu ayrılıq Yağmur üçün hər şeyin mənasını açdı. Onu həqiqətən sevənin Rüzgar olduğunu, və bilmədən də olsa qəlbində Rüzgara qarşı böyük bir sevgi olduğunu fərqinə vardı, gecdə olsa... Və bu onların sevgisinə ikinci bir şans verdi.
Hər aşk ikinci şansı hak eder