ya insanlar birbirine gorunmeyen ipek iplerle baglanmis iseler? yadaki talehin bir nece defe ayirdigi yollar sadece onlara verilen sansdir? men biliremki biz hec bir zaman ayrılmadıq. ferqli ferqli canlilarin ruhunda : en sevdiyimiz canli pisiklerde, itlerde ve quslarin ruhunda birbirimizi daima ziyarete geldik. gelib kecdiyimiz yollar cox boyuk ve aci idi. ama biz bunu bacarmisdiq, hersey yoluna girmisdi. sadece kecmisdeki etdiyimiz sehvler bizi buraxmadi. daima dalimizca dusduler. bizi hecbir zaman rahat buraxmadilar. biz bunlara baxmayaraq insanlardan, pis dusuncelerden daima qacib birbirimize qayitdiq. bir zerremizi gormek bele bizi xosbext edirdi. cunki ruhumuz oz ekizini tapmisdi. birbirimizin 99 faiz ekizi idik. birbirimize soz vermisdik ki bu haqda kitab da yazacayiq. cunki sozun esl menasinda dillere dastan bir munasibetimiz var. yeri gelende birbirimize dost, qardas, ana ve ata oluruq. tam rahatliqla her istəyimizi yerine yetirirdik ve birbirimizin qoynunda cox safe hiss edirdik. bezi gunlerde 20 30 manat (telebe oldugumuza gore pul miqdari normaldir), bezi vaxtlarda ise bazarstorda qepik qepik yigib ozumuze su almisiq. heyatin her noqtesindeki cetinliyi, xosbextliyi dadib bu aileni yaratmisiq. cox vaxt bizi terifleyirdiler ve hamidan ferqli oldugumuzu deyirdiler. belke de bize nezer getiren seylerden biri de bu idi. ozumuzu basqalari ile kiyaslamirdiq, amma bizi xosbext eden sadece biz idik ve basqa hecne. saatlarla oturub istenilen movzuda danisa bilerdik. birimizin bir problemi olduqda digerinin heyatini sonlandira bilen birseymis kimi davranmagimiz bizi birbirimize daha da baglayirdi. cunki ikimizde "bizsizliyi" dadmisdiq ve o halimizin ne derece de pis oldugunu bilirdik. 1-ci ay. Seherde menim adimla eyni ada sahib bir usagi masin vurmusdu ve o komada
"Sən də siqaret çəkirsən???"
Bizə tarix dərsini direktorumuz keçirdi. Onun dərsləri həm mənim, həm də bütün sinif yoldaşlarımçün əyləncəylə keçirdi. Zarafatla ciddiliyi birləşdirib hərdən yarış keçirir, hərdən də açıq dərs edirdik. Açıq dərs də nədir, deməli müəllimlər çağırılır bir neçə, bir də başqa siniflərdən uşaqlar. Bütün sinif də hansə dərs açıq dərsdə keçiləcəksə, o barədə nəyisə hazırlayır. "20-ci əsrin əvvəllərində mədəniyyət" adlı dərsimizdə müəllim C. Məmmədquluzadənin "Ölülər" əsərindən bir hissə canlandırmasaq, "günah" olar deyə bir fikir ortaya atdı. Hamı razılaşdı, amma kim oynasın rolu? Hansı hissəni edək? Bu kimi suallar yarandı. Müəllim dedi Kefli İsgəndərin əsər sonundakı monoloqu olsun. Yenə hamı razılaşdı. Amma oynayacaq adam tapılmır, heç kəs boyun qoymur. Mənim də ağlıma gəlmir ki, rolu götürüm, çünki mən həm ssenarist, həm də rejissor olduğuma görə, rol da götürüb ifa etməyim çətin olacaq. Birdən müəllim: "Aqil, Kefli İsgəndəri sən canlandıracaqsan!",- dedi. Mən qəbullanmıram,-"Ay müəllim, hər şey yaxşı olub bununla mən pis etməyim dərsi, alındırmaram, heyf olar zəhmətimiz",- deyə uzun-uzadı danışıram, amma xeyri yoxdur. Sonda rol mənə qaldı. Oturdum, əzbərlədim, onsuz çox uzun deyil. Gəldim önə, dörd abzaslıq bir nitq söyləyir əsərdə Kefli İsgəndər. İlk iki abzası tamamilə əzbər dedim, rola da özümü buraxmışam, Kefli İsgəndər danışarkən hansı hərəkətləri edə bilərsə, əlimlə, qolumla edirəm. Üçüncü abzasa çatıram, ikinci abzasın sonundayam hardasa... Aha, ağlımdan silindi üç ilə dördüncü abzaslar. İkinci abzasın sonunda qısa bir nəfəs alıb davam etməliyəm, amma necə?! Bütün yadımdan çıxıb, neyləyim?! Ürəyimdə Mirzə Cəlildən üzr istəyib özüm düz-qoş eləməyə başladım. Onlara deyə biləcəyi cümlələri sanki həqiqətən Kefli İsgəndər deyirmiş kimi deməyə başladım. Müəllimimiz
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Başladıq🦋
Y9:Səni xatırlayırıq
Kitabı yazmağa başladıq , yaxın gələcəkdə sizlərlə... 🫶🫠
Yenidən başladıq. Leyla ile Mecnun🎬
20 Oktyabr 1987... Tam ədədləri sevirəm. Həftənin cümə gününü eevirəm. Bəlkə də ona görə hadisə də ayın 20-si oldu. Sevdiyim ədəd, sevdiyim gün və sevəcəyim bir hadisə, tanışlıq. O günü xatırlayanda içimi sevinc bürüyür. Dodaqlarıma qəribə bir təbəssüm qonur. O gün adi gün idi. Oktyabrın adi 20-si. Lakin sanki hər şey başından planlanmış kimi. O gün planlı gün idi sanki. Səhəri gözəl açmışdım. Fərqli idi həmişəkindən. Çünki çox zaman səhərlər yorğun oyanıram. Həyatımın çətinliyi üstümə ağır bir cəsəd kimi oturmuş kimi yorğun və halsız oyanıram. Düşüncələrin qırıq şüşə parçaları kimidir. Göz yaşlarımın hər bir giləsi ağır daş kimidir yanaqlarımdan axıb süzülən. Amma o gün fərqli idi. Çox yaxşı oyanmışdım. Çıxıb gəzmək istədim. Hava sərin və bir az da tutqun idi. Belə havaları sevirdim. Yaxşı hiss etdirirdi mənə. Yolda getdikcə yarpaqları tökülmüş ağaclara, uçub gedən quşlara, hardasa, demək olar, heç maşın olmayan, boş olan yollara baxırdım. Qəribə hisdir hər şeyə ən incə ayrıntısına kimi baxmaq, hiss etmək. Yarpaqların yerə düşdüyündə çıxardığı səsi duymaq, sərin havanı tenində hiss etmək, gözlərini qapatdığında yatmaqda olan təbiətin son səslərini duymaq. Və qarşılaşdıq. Daha doğrusu çarpışdıq. Sonra bir-birimizə baxdıq, sonra keçib getdik. O saniyəlik, anlıq gözlərin dəyməsi o günü ikimizə də eşsiz etdi. O gün mənə və ona adi 20 oktyabr deyil də, bizim başlanğıcımız 20 Oktyabr oldu... O gün bir sıra xoşagəlməz hadisələr olsa da, heç nə halımı poza bilmədi. Ilk idi duyğularım. Özümü səbəbsiz gülərkən tapırdım, saata baxıb təqvimi soruşurdum, oxuduğum kitabları oxumurdum sanki, dinlədiyim musiqilər 20 Oktyabr olurdu istəmsizcə. Gözlərim dalıb uzaqlara gedirdi hər boş zamanlarımda. Ya da dalmaqçün boş zamanlar yaradırdım, bilmirəm. Ağlım başımda deyildi, uçurdum