9/10
·188 syf.··
Beğendi
·
2026 8. kitabı
·
17 günde okudu
·
Okunma: 16 Mayıs 2026 12:10
Qriqoriy Petrovun -Ağ zanbaqlar ölkəsi romanını oxuyub bitirdim. Əsər Finlandiyanın Rusiya ilə birləşdirilməsindən sonra keçdiyi inkişaf yolundan bəhs edir. Kitabda Yohan Vilhelm Snelman adlı fin mütəfəkkirin öz xalqını ağır durumdan çıxarması yolunda apardığı mübarizəsi ətraflı əks olunur. Daş-qayadan ibarət bərəkətsiz torpaqlar, yoxsul və savadsız insanlar, sürətlə pozulan, dağılan əxlaq, ailə və cəmiyyət dəyərləri, geridə qalmış sənaye və öz ölkəsini, cəmiyyətini, insanlarını xoşbəxt, mədəni və inkişaf etmiş bir gələcəyə daşımaq naminə mübarizə aparan aydınlar-fədailər... Əsərin əsas obrazı, qəhrəmanı kimi gördüyümüz Snelman "Xalqın müəllimi" tituluna layiq görülür və bu gün dünyanın ən inkişaf etmiş, ən mədəni ölkələrindən biri halına gəlmiş Finlandiya modelinin qurucusu hesab olunur. Snelman bir neçə ziyalı ilə başladığı işlərə, çıxdığı yola onlarca, yüzlərlə tərəfdaş, aydın-ziyalı yığa-yığa bütün ölkə ərazisində sayı cəmi iki milyon olan fin cəmiyyətində maarifləndirici çıxışlar, tədbirlər, söhbətlər hesabına insanlara təsir etməyə, cəmiyyətin hər təbəqəsindən olan insanların aydınlanmasına can atan bir obrazdır. Snelman belə düşünür ki, xalqın və cəmiyyətin rifahı ilk öncə təhsilli və vicdanlı müəllimlərdən asılıdır. Onlara siz bu cəmiyyətin, gəncliyin və gələcəyin qurucularısız deyə müraciət edir və əlavə edir ki, mənə özünü həqiqətən müəllim kimi hiss edən, çıxdığımız bu aydın yolda nəyin bahasına olur-olsun, öz əqidəsindən dönməyəcək olanlar lazımdır. Əgər aranızda kimsə özünü müəllim kimi hiss etmirsə, başqa sənətlərə, peşələrə yönəlsin, harda cəmiyyətə fayda verə biləcəyini düşünürsə, o istiqamətdə çalışsın. "Xalqı unutmayın. Siz onların içindən çıxmısınız. Savadsız, yoxsul və cahil xalqdan qaçırsınız? Özünüzü onlardan üstün görürsünüz? Bəs bu xalqın
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Xan Nəşriyyatı · 2016124,8bin okunma
Lavinia- ölüm çiçəyi....
Puan vermedi·80 syf.··
2025 2. kitabı
·
3 günde okudu
·
Okunma: 17 Ocak 2025 06:17
"Lavinia- xəyalımdakı möhtəşəm sevgili mənasını verir, eyni zamanda bir çiçək adıdır. Ölüm çiçəyi adlanır." Bu kitabı oxumağımın əsas səbəbi instaqramda izlədiyim bir neçə səhifənin profil adının "Lavinia" olması ilə bağlıdır. Və teleqramda kitab sənədlərində Lavinia yazdığım zaman sadəcə bu kitabın adı çıxdı. Və başladıq oxumağa. Başladıq "deyirəm" çünki yazdığım sitatları bir yerdə oxuyub qiymətləndirdik))) Özdemir Asaf haqqında məlumatım olmasa da izlədiyim seriallarda yaxud başqa başqa platformalarda şeirləri ilə qarşılaşırdım. Bunu da qeyd edim ki, bizim şeir anlayışı ilə onların şeir anlayışı tamam fərqlidir. Bizdə şeirlər bənddən və misralardan ibarət olarkən onlarda cümlə formasında da ola bilir. Şeirlərdən sadəcə "alıntı" bölməsində paylaşdığım şeirləri bəyəndim. Paylaşmadığım şeirlərin isə bizim bir muğənnimizin yazdığı şeirlərdən heç bir fərqinin olmaması məni biraz düşündürdü deyə bilərəm. Başqa kitabları haqqında heç bir şey deyə bilmərəm, lakin bu kitab mənə o hissi bəxş etdi. Oxuyanlara və oxumaq arzusunda olanlara xoş mütaliələr.
1000Kitap
LaviniaÖzdemir Asaf · Yapı Kredi Yayınları · 202229,6bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Puan vermedi·223 syf.··
2024 11. kitabı
·
3 günde okudu
·
Okunma: 03 Haziran 2024 15:25
Kendine İyi Bak Necə başlamalıyam bilmədim. Kitabı ilk dəfə bir sosial mediada gördüm bir səhifəsinin şəklini.O qədər içdən gəlmişdiki o cümlələr mütləq almalıyam demişdim.Amma hər dəfə nə isə oldurdu almaq nəsib olmurdu.Keçən günlərin birində bu kitabı bir dostuma göstərdim almaq istədiyimi amma niyəsə alınmadığını dedim.Məndən kitabın şəkilini istədi.Mənim üçün normal idi çünki dost qrupumuzda davamlı yeni kitablardan, konsertlərdən danışırıq.1 iyun yəni 2 gün əvvəl kitabxanaya getmək üçün sözləşdik.Mən də yol üstü bir kitab mağazasına girib bu kitabı aldım.Dostumla Axundovun önündəki Sahil parkında görüşdük mənə 1 iyun(uşaqlar günü)üçün hədiyyə aldığını və mənim çox bəyənəcəyimi dedi. Açdım bu kitab.Oda mənə bu kitabı alıb və məndə bu kitabı özümə almışdım həmin gün.O an o qədər xoşbəxt oldum kii, hər ağlıma gələndə, kitabı görəndə gülümsüyürəm.Mənim aldığım, altını xətlədiyim kitabı dostuma verdim. Nəticədə ikimizdə bu kitabı oxumağa başladıq eyni gün (təşəkkürlərrr mandalincim). Kitaba gələndə demək olar ki hər səhifəsində hər cümləsinin altını xətləmişəm.Bir kitab bu qədər mi insanı yaxşı tanıya bilər.Sevməyin necə gözəl duyğu olduğu,biri tərəfindən sevilməyin kimləsə sevgili olmadan daha üstün olduğu,bizim var olduğuna dair ümidlərimizin tükəndiyi ama mütləq qarşılaşacağımız o xəyallarımızdaki şəxsin də bizi gözlədiyini, sevən hamının gələ bilməməyi və içimizdən bir səs keçirsə mütləq o səsə qulaq verib addım atmalı olduğumuzu bir daha təsdiqlətmiş oldum. Yaxşı ki oxudum dediyim kitablardan biri oldu.Ben aşık oldum dosdarr bu kitaba qısaca:)
2024 Okuma Raporları
Kendine İyi BakArda Erel · İnkılap Kitabevi · 20181,512 okunma
Bir zamanlar uşaq olduğunu unudan bütün böyüklərin oxumalı olduğu o kitab.
Puan vermedi
Düşünürəm ki, bu kitabı oxumayan yoxdur ama əgər oxumamısınızsa, özünüzə və uşaqlığınıza bir yaxşılıq edin və bu kitabı mütləq oxuyun. Bir neçə saatınızı ayırın və bir dəfəyə oxuyun. Kitabı əlinizə alıb oxumağa başladığınızda nələrsə sizə tanış gələcək. Kitaba doğru çəkiləcəksiniz, çünki uşaqlığınız sizi çağıracaq. Bu kitabda həyata uşaqların gözü ilə baxacaqsınız və bir anda hər şey sizə mənasız görünəcək. "Hər yetişkin bir zamanlar uşaq olub". Bəs biz insanlar bu faktı niyə unutmuşuq? Xatırlamağımız üçün bizə də ulduzlardan gələn bir balaca şahzadə lazımdır? Məncə yox. Tülkünün balaca şahzadəyə dediyi kimi ürəyimizə baxmalıyıq, çünki yaxşı və vacib olan nələrisə ürək vasitəsilə görmək mümkündür. Özümüzə və ətrafımızda olan hadisələrə laqeyd olmağı nə vaxt öyrəndik? Bəs nələrinsə bizim marağımızı cəlb etməyi və bizim sual verməyimiz nə vaxt dayandı görəsən? Nə zaman insanlara baxanda ancaq rəqəmlər (yaşı,kilosu,qazancı) görməyə başladıq? Sevgi və dostluğa əhəmiyyət verməyi necə unutmuş ola bilərik? Həqiqətən bağlı olduğumuz nə üçün zaman və əmək sərf edirik? Könül bağı qurduğumuz nə isə var mı? Necə tez böyüdük? Niyə böyüdük? Gördüyünüz kimi 90 səhifəlik bu balaca hekayə mənə neçə sual yazdırdı. Bəlkə də sizə daha çox sual verəcək, bəlkə də axtardığınız suallara cavab.
Küçük PrensAntoine de Saint-Exupéry · Türkiye İş Bankası Kültür Yayınları · 2021280,1bin okunma
Werther, sən də favorit bədbəxt obrazlarımdansan artıq <3
10/10
·126 syf.··
Beğendi
·
2024 1. kitabı
·
7 günde okudu
·
Okunma: 12 Şubat 2024 00:22
Biri yazıb, Werther iyi çocuktu, amma fena bir kusuru vardı. imkansızı seviyor ve sırf seviyor diye sevileceğini zannediyordu. Eh Goethe, necə də gözəl kitab yazmısan. Elə kitab ki, insanları depresisyaya salıb, kütləvi şəkildə intihara sürükləyib. Elə kitab ki, sırf buna görə bir müddət qadağan olunub. Və elə kitab ki, bütün bunlarla bərabər Goethe'yə məşhurluğu gətirib. Keçək elə o kitaba. Dramı xüsusi sevirəm deyə uzun müddətdir, adı diqqətimi çəkirdi. Genç Wertherin Acıları. Biz də gənc, acı desen cürbəcür :) Başladıq oxumağa. Elə ilk səhifələrdən hiss və düşüncələrin təsviri o qədər gözəl yazılmışdı ki, istəsəm də, istəməsəm də Wertherin dilindən yazılan hər sözlə razılaşırdım. Onun sevdiyi hər şeyi mən də sevirdim. Sevmədiyinə nifrət edirdim. Sonunu təxmin edə - edə, hətta əmin ola-ola, ümidlə onun həyat yolunun möcüzəli şəkildə yekunlaşacağını düşünürdüm. Amma təbii ki, eşq...İmkan vermədi bizim gənc Werther'ə. Gənc yaşında qarşılaşdığı nişanlı Lotte bizim Wertherin taleyini tamam dəyişdi. Detalları bölüşməyə ehtiyac yoxdur. Çoxunun da bildiyi kimi melankonik və depresiv kitabdır. Ağladırmı ağladır. Amma əsl klassika olduğunu adama dibinə qədər hiss etidirir. Tövsiyə olunur. Johann Wolfgang Von Goethe Genç Werther'in Acıları
Genç Werther'in AcılarıJohann Wolfgang Von Goethe · Türkiye İş Bankası Kültür Yayınları · 2024150,2bin okunma
2024-ə əla başladıq.
10/10
·159 syf.··
Beğendi
·
2024 1. kitabı
·
21 günde okudu
·
Okunma: 01 Şubat 2024 01:25
2024-ə təsadüfi olaraq seçdiyim bir kitabla başladım. Və nə yaxşı ki, bu kitabı seçmişəm. Ümumi qeyz edim ki, kitab çox axıcıdır. Yazarın həyatından bəhs edilir (öz dilindən). Favori yazıçılarım və kitablarım arasına xoş gəldin Osamu Dazai - İnsanlığımı Yitirirken.
İnsanlığımı YitirirkenOsamu Dazai · Tokyo Manga · 202360,3bin okunma