Ona elə gözəl, cazibədar, başqalarına oxşamayan görünürdü ki, düşünürdü: topuqlarının yerə dəyməsindən çıxan ritmik səs özündən başqa kimsənin ağlını niyə başından almır, onun tənəffüsünün xışıltısından niyə ürəklər riqqətə gəlmir; saçlarının iyi, əllərinin uçuşu, gülüşünün qızıl parıltısı ilə bütün dünyanın eşqdən niyə çılğına dönməməsini heç cür anlaya bilmirdi.Heç bir hərəkətini, xarakterinin heç bir əlamətini gözdən qaçırmırdı.Amma valeh olduğu füsunkarlıq itər qorxusu ilə ona yaxınlaşma cəsarətini özündə tapa bilmirdi.