Kitab olduqca maraqlı , axıcı tərzdə yazılıb. Oxuduqca sıxılmır adam. Hətta bəzi hissələrində kövrəlib, gözümün yaşını axıtdığım belə olub)).
Oxuduğum cümlələrin təsirinə qapılmış ola bilərəm )) Yaşanmışlıqlar , yaşanacaq olanlar və s.ilaxır.
Kitab qadın-kişi dostluğunun kökünə baltanı vurur desəm yeridir. Çünki , elə bir şeyin mümkün ola bilməyəcəyini təsdiqləmək istəyir sanki. Bəlkə də mümkündür , istisna hallar ola bilər hər zaman. Onun da altında yatan səbəblər var .
Mənim şəxsi fikrimə əsasən isə elə hal mümkün olmur. İki tərəfdən hər hansısa biri duyğulara qapılıb gedir.
Kitabın sonunu belə gözləmirdim açığı , daha da fərqli ola bilərdi fikrimcə. Baş verən hadisələri təkcə Mələk və Muradın baxış bucağından deyil Ayxanın da iştirakı olaraq oxumaq daha xoş olardı mənim üçün. Bəlkə də yazar bilərək o hissəni kitaba daxil etməyib ? Ayxanın hiss və düşüncələrini üçüncü şəxs olaraq bizim xəyal gücümüzə buraxıb ?
Oxuyacaq olan hər kəsə xoş mütaliələr ...