10/10
·144 syf.··
Beğendi
·
2025 4. kitabı
Bəliii, Azərbaycan ədəbiyyatının incilərindən biri olan Cəlil Məmmədquluzadənin o məşhur əsəri... Bu əsər haqqında o qədər çox şey danışmaq olar ki...Cəlil Məmmədquluzadə bu əsərində problem olan o qədər məsələyə toxunub ki, oxuduqca (131 il keçməsinə baxmayaraq) hələ də heç bir şeyin dəyişmədiyini , və bir 100 il keçsə belə dəyişməyəcəyini anladım. Çünki zehniyyət dəyişmədikcə inkişafdan söz gedə bilməz. Əsərin sujet xəttinə birbaşa təsir göstərən obrazlar: Kətda Xudayar, Qasıməli , Məhəmmədhəsən əmi, Zeynəb, Şərəf, İzzət, Vəliqulu, "Qazı" (Molla) Fikrimcə, əsərin Ən Güclü Obrazı Zeynəbdir. Ən safı, xeyirxahı isə Məhəmmədhəsən əmidir. Zeynəbin çəkdiyi əzab əziyyət qarşısında dirayətinə, gücünə heyran oldum . Əsl Azərbaycan qadını... Həyat yoldaşı öldükdən sonra ona sadiq qalan, övladları üçün hər şeyi edən , amma nankor bir övladı olan , son ana kimi mübarizə aparan, ən sonda isə öz sözləri ilə desək, zəhər içməyi belə gözə alan güclü bir obraz, olduqca ağıllı bir qadındır. Əsərdə digər bir qadın obrazı isə Şərəfdir. O isə Zeynəbin tam əksi bir obrazdır. Şərəf qorxaq, savadsız, zəif olmağa məcbur olmuş bir qadındır. Şərəf kimi qadınlar hələ də var. Boşanmağa qorxan, əzab çəkmək məcburiyyətində qalanlar... Çünki onun arxasında nə dağ kimi dayana biləcək atası, qardaşı, nə dizində ağlaya biləcəyi anası , nə də öz ayaqları üzərində durmasına kömək edəcək işi, təhsili yoxdur. Düzdü Zeynəbin də atası, anası qardaşı yox idi , hətta övladı belə naxələf idi, amma Zeynəbdə Şərəfdə olmayan cəsarət var idi , onların ən böyük fərqi də bu idi. Əsərdə Məmmədquluzadə qadına haqları , qadın problemlərinə olduqca xüsusi yer ayırıb. Qadının söz sahibi olmaması , qadının fikirlərinə hörmətlə yanaşılmaması, qadına şiddət başlıca problemlərdən bir neçəsi idi. Digər məsələlərə gələk.
Edebiyat
Danabaş Kəndinin ƏhvalatlarıCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2019907 okunma
Nələr çəkmiş ruhun sənin
10/10
·83 syf.··
2025 1. kitabı
·
18 saatte okudu
·
Okunma: 02 Ocak 2025 10:45
“ Mən ölməyə, siz yaşamağa. Hansının daha yaxşı olduğunu isə ancaq Tanrı bilir”. ~ Bəliii, ilin ilk kitabını bitirdim Hədəfi o qədər yüksək qoymuşam ki, ona uyğun da hərəkət etməyim lazımdır. Dedim ki, ilimi fəlsəfə ilə açım hazır əlimdə fəlsəfə ustadlarından - Sokratdan bəhs edən qəşəng bir kitab varkən. Klassik dövr fəlsəfə filosoflarından Sokrates , illərlə araşdırdığım və hər dəfəsində heyran qaldığım filosoflardan biri, hətta deyərdim ki, başlıcasıdır. O, yaşadığı müddətcə, hətta ölümünün son dəqiqələrində belə hər şeyin təməlinin sorğulama olduğunu vurğulamışdır. Kitabda; eyni zamanda da Sokratın, ən böyük xəzinənin, insanın öz daxilində gizli olduğu fikirləri də geniş şəkildə izah edilir; insan axtardığı xoşbəxtliyi sadəcə öz içində tapa və sadəcə, öz sayəsində istədiyi yerdə ola bilər. Nə acı ki, haqqı, ədaləti, bilgini aşılayarkən, əxlaqsızlıq və gəncləri yoldan çıxartmaqla təqsirlənən və cəzası birmənalı şəkildə ölüm olan filosofumuzun son söylədiyi fikirlərdən biri də; “Zəhəri bir az da gecikdirsəm, boş yerə həyat sarıldığım və tükənmək üzrə olan bir şeydən yapışmağa çalışdığım üçün özüm özümə gülünc görsənərəm” olub :( Kitabı sevərək, həm də hüznü hiss edərək oxudum :/ bəlkə də, bu Sokrata olan sevgimdən irəli gəlir, bilmirəm, amma onu bilirəm ki, ömrüm boyu özümü “yalnız onu bilirəm ki, heç nə bilmirəm” fəlsəfəsi ilə inkişaf etdirəcəm Oxuyacaq olanlara faydalı, sevgi və hüzünlü mütaliələr..
Felsefe
ÖzünüdərkSokrates · Mimta Yayınları · 20241,386 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Nasıl bir kitaptın öyle be
10/10
·272 syf.··
2024 30. kitabı
·
4 günde okudu
·
Okunma: 11 Temmuz 2024 16:27
~ İnstagram ( instagram.com/ataykutuphanesi... ) Hekayəmdə “ Kitabların həyatımdakı yerinin bambaşqa olduğu və onlara ülvi bir hisslə otağımda səltənət qurduğumu, ancaq bəzilərinin bu ‘bambaşqa’lığın ikiqat artığı olduğu” fikri ilə paylaşmışdım bu romanı.. Bəli, bu At Rəsmlərinin İzində roman da, məhz həmin romanlardan biri oldu.. Və müəllif həm sevgi, həm dostluq, ailə münasibətləri və bu kimi insani duyğu - məsələlərinə toxunub. Art psixologiyada istifadə edilən metodları ayrıca sevirəm. Çünki çəkilən hər şəklin öz mənası və psixologiyası var. Və bunun fərqində olmaq, olduqca, özəl hiss etdirir. Bəli, bəliii, bu romanda da at rəsminin fərqli zaman dilimində səbəb olduğu iki hadisənin şahidi oluruq. Təxəyyülü güclü insanlar düşünürəm ki, kitabı oxuyanda Daniel’in həmin atını beynində necə olduğunu təsvir edəcək. Və kitabı daha həyəcanla oxuyacaq. Romandakı Ralf, Şelli, Vilyam obrazları ilə inanılmaz bir doğmalıq hiss edirdim, ( onlar kimi dostluqlar arzu edirəm özümə ) hələ Danieli demirəm.. “Qəribəlik” anlayışının özəl və gözəlliyini də çox zərif şəkildə bu obrazda görə bilirik. Çox özəl kitabdır və oxuyacaq olanlar gözəl mütaliələr..
Psikoloji
At Rəsmlərinin İzindəDrew Hayden Taylor · Qədim Qala Nəşriyyatı · 202317 okunma