Aytaj

9/10
·384 syf.··
Beğendi
·
2024 6. kitabı
·
7 saatte okudu
·
Okunma: 31 Temmuz 2024 19:31
Əsər məni əməlli başlı sarsıtdı..Reallıqdan heç də uzaq olmayan qudurmuş vəzifəli "adam" obrazı məlum məsələdi, oxuduqca da təxmin edirdim..Ancaq bucür "ailə" gözlənilməz oldu..İyrəndim desəm az olmaz..Hələ o Simuzərin yagmur.az saytı falan açması insan necə belə üzsüz,abırsız olar?! Elgizin sözü olmasın,matım mutum qurudu.Mən doğmuşam, biz böyütmüşük ən çox bizə pul düşür deyən "ana" varkən, qalanlarından danışmağa dəyməz..Çox şükür ki sonunda rahatladım, onlar tutulmadan əsər qutarsaydı ürəyim partlayardı..Hicranı döyüblər dediyi yerdə rahatladım, Simuzəri də çırpaydılar kaş.. Öz əxlaqsızlığına baxmadan, arsız arsız pulun qudurtduğu adamlardan danışır..Ah Yağmur.. Əsərdə Ələmdar və komandası, Qasımlı və təbiki Belçika ovçarkası dostumuz favorimdi. Birdə kaş Ələmdar Vaşaqa başqa gözlə baxmasaydı, bu məsləyə görə birazca gözümdən düşüb..Hələki bu məsələdə yeganə Qasımlı yanıltmayıb, yanıldacağını da düşünmürəm..Həm sarsıldığım, həm də əsəb olduğum əsər oldu. Hər nə qədər sevmədiyim nüansları olsa da, Elatlının qələmini sevirəm..Hər nə qədər bəzi şeylər xoşumuza gəlməsə də, reallıq olması danılmazdı..Uzun sözün qısası Elatlının qələminə sağlıq..Ümid edirəm sevimli xəfiyyəm Qasımlı bizimlə qalmağa davam edər..Açığı bu dəfə öləcək deyə bir anlıq qorxmadım deyil..Və ümid edirəm nə vaxtsa dünyamız əsərdə gördüyümüz və heç də reallıqdan uzaq olmayan bucür iyrənc məxluqlardan təmizlənərək daha yaşanılası bir yer olar..
1000Kitap
Belçika OvçarkasıElhan Elatlı · Xan Nəşriyyatı · 2023212 okunma
10/10
·455 syf.··
Beğendi
·
2024 5. kitabı
·
95 günde okudu
·
Okunma: 31 Temmuz 2024 12:33
Nəhayət ki bitirdim..Sonu azacıq qalmış olsa da xeyli müddətdi təxirə salmışdım oxumağı.. Çox uzun uzadı fikrimi bildirə bilməyəcəm. Ağır əsərdi, insan təsirində qalır. Sonu yaxşı bitsə də, Məryəmsiz əksik oldu.. Məryəmə çox üzüldüm..Ancaq Leylanin onu xatirəsini saxlaması və heç unutmaması,vəfası sevindirici idi. Son olaraqsa kaş dünyanın heç bir yerində müharibə olmasa..Qısası gözəl kitabdı, oxumağa dəyər.
1000Kitap
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013119,3bin okunma
Susan Qadın
9/10
·382 syf.··
2024 2. kitabı
·
20 saatte okudu
·
Okunma: 20 Nisan 2024 21:06
İlk əvvəl şəhidimizin ailəsi..Avtobus sürücüsü atası, süpürgəçi anası..Ürəyim orda sızıldadı..Bütün şəhidlərimizin ruhu şad olsun, ailələrinə səbr versin.. Əsmər..Ah Əsmər..Birincisi o mənzərə
Susan QadınElhan Elatlı · Xan Nəşriyyatı · 2022570 okunma
OXUDUQCA ƏSƏBLƏŞDİM
8/10
·332 syf.··
2024 1. kitabı
·
3 günde okudu
·
Okunma: 19 Nisan 2024 23:35
Kitabın ortalarında bir ara özümü Zindan adasına baxırmış kimi hiss elədim,dedim Cahid şizofrendi danışdıqları da xəyal məhsulu. Sağolsun Elatlı o qədər dolaşdırır ki qatilin ətrafında, ama xoşuma da gəlir baş sındırmaq.Kitabın sonunda tamam əsəb oldum. Cahidin özünə bəraət qazandırmasına, Rüfətdən zəhləsi getməsinə heç bir şəkildə anlam verə bilmədim..Kor kora kor deməsi bağrı çatlayar..Ağlından,qəlbindən başqasını keçirdirsənsə bu xəyanətdir elə..Nihala gəldikdə onun da hərəkətləri şıltaqlıq,uşaqlıqdır deyərdim, normal şəkildə danışıb,Rüfətlə bir - birlərini qarşılıqlı anlaya bilərdilər istəsəydilər..Rüfət də eyni onun kimi..Bir də Nihal ağıllı adam olsaydı Zərafətin əri neynirəm, ərlərinizi bir kruq verərsiz sözündən sonra elə onunla münasibətini bitirməliydi..Çünki mənim nəzərimdə bu zarafat deyil..Və bir də hər zarafatın da ciddilik payı var..Cahidin nə biləydim onu axırıncı görüşümdü dediyi yerdə nə demək istədiyini bilsəm də kaş dedim Cahid ölsə, ama Elzamin... Son olaraq da sevimli xəfiyyəmiz bu dəfə biraz təəccübləndirdi çünki Qasımlı öz istəyi ilə təhqiqata qoşuldu, bu da onun adəti deyil..Bu biraz qəribə gəldi.Uzun sözün qısası, maraqlıdı məncə oxumağa dəyər..Ailə-məişət mövzularında olsa da,düşünürəm boş deyil..Niyə çünki başqalarının həyat təcrübələri ilə tanış olub, özümüz üçün nələrsə götürüb, bununla da nəsə öyrənirik.. Hansısa alimin sözüdü deyir ki həyat o qədər uzun deyil ki insan ömründa hərşeyi təcrübə edə bilsin, başqalarının həyat təcrübələrində də özümüzə nəsə götüməliyik...
Uğursuz GecəElhan Elatlı · Teas Press · 0390 okunma
ŞİDDƏTLƏ TÖVSİYYƏ EDİRƏM
10/10
·672 syf.··
Beğendi
·
2017 5. kitabı
·
1 saatte okudu
·
Okunma: 06 Ekim 2017 15:48
Kitabı çoxdan oxumuşam və yenidən oxuyacağam.Elxan Elatlının şah əsəri deyərdim..Hadisələrin cərəyanı, qarşıqlığı şəxsən mənə zövq verdi..Ama vətənpərvərlik mövzularına toxunulması xüsusilə gözəldir..Mən deyərdim hər bir azərbaycanlı oxumalıdır.."Cəhənnəmdən gələn səs" kitabı və bu bir-birlərini tamamlayırlar, mütləq oxunulmalıdır..Bundan əlavə də tarixi hadisələrə əsaslanan,erməni vəhşiliklərini göstərən "Xəstə Ruhlar" , "Q.Qasımlının xəfiyyələri" kitabları da..Son olaraq birgün nə vaxtsa kino mövzusunda inkişaf edib, "Qan Ləkəsi" kitabının ekranlaşdırılıb keyifyyətli bir film çəkilməsini ümid edirəm..
Qan LəkəsiElhan Elatlı · Qanun Nəşriyyatı · 2015886 okunma