Çıraq yağla doludursa və alışdırılıbsa, "mən nə etməliyəm" - deyə soruşmur. Siz də canlı çıraqlar olun, - Makdonald yazırdı, - hər biriniz bir çıraq kimi, gördüyünüz faydalı işlə ətrafınıza işıq saçın.
"Doğrudan da, sevinc və səadət insanı nə qədər gözəlləşdirir! Ürək necə də dərin məhəbbətlə çırpınır! Öz ürəyini mütləq başqa bir ürəklə birləşdirmək, hər şeyin şən və üzügülər olmağını istəyirsən. Bu sevinc nə qədər də yoluxucudur!"
"Eh, Nastenka! Biz bəzən başqa adamlara ona görə təşəkkür eləyirik ki, onlar bizimlə yanaşı yaşayırlar. Mən də sizə ona görə təşəkkür eləyirəm ki, mənə rast gəlmisiniz, bütün həyatım boyu sizi unutmayacağam."