Lila ☼

Lila ☼
@bookloverlila_
Bu metin Hırvatça dilinden otomatik olarak çevirilmiştir. Orjinali Göster
Sadece gülümse ig: kitapseverlila_
Programmer,Developer
Azerbaycan
Bakü
170 okur puanı
Şubat 2021 tarihinde katıldı
280 syf.
·
Puan vermedi
Kimdir Leyla?
Günlərdi oxuduğum və psixologiyamı darmadağın edən həmin o kitab. Kitabda 16 yaşlı Leylanın anidən bas vermiş müharibə zamanı başına gələn dəhşətlərdən bəhs olunub. Həqiqətən də bu həyatda qadın olmaq çox çətindir. İnsanın qınanılacaq bir səbəbi olmasa belə, yenədə insanlar qınamağa bir səbəb tapırlar. Həyatımızın reallıqlarıdır. Bir kişi bir qadına təcavüz etdiyi halda, qadın dinlənilmədən, bütün oxlar qadına tərəf dönür. Nə üçün axı? Kitab bitənə qədər düşünürdüm ki, bu ədalətsizliklər bitməyəcək deyəsən. Kitabın sonunda çox az da olsa ürəyim fərahladı. Oxuduqca bu faciələrin gerçək olmaması üçün dua edirdim, gözlərimdən yaş süzülürdü bəzən. Nifrətdən, əsəbdən bilmirdim nə edim ki, içim soyusun. Bir şeyi qeyd edim ki, əgər çox həssas birisinizsə, oxumağınızı tövsiyə etmirəm. Özümdə həssasam, bir az təsir etdi mənə. Hələ kiçik yaşlıların oxumağını ümumiyyətlə tövsiyə etmirəm. Mümkündürsə bəlli bir yaşı keçdikdən sonra oxuyun. Kitabı gec bitirməyimin səbəbi isə yenə dərslər idi təəssüf ki :( Oxuyan hərkəsə xoş mütaliələr.
Leyla
LeylaAlexandra Cavelius · Pegasus Yayınları · 20167,5bin okunma
Reklam
Burada yüzlərlə fərqli insan, yüzlərlə fərqli həyat var idi. Bu insanlar illər sonranın xəyallarını, planlarını qurub həyatlarını yaşayırlar, lakin beş dəqiqə sonra belə həyatın onlar üçün nələr hazırladıqlarından xəbərsizdirlər. Amma bəlkə də həyatı maraqlı edən cəhətlərdən biri də budur. Bəlkə də insan gələcəyi bilərək yaşasa artıq onun üçün yaşamağını heç bir marağı qalmazdı.
- İnsanlar çiy süd əmib, Qurban müəllim. Bəzən öz mənfəətləri üçün təbiətdəki ən vəhşi heyvandan daha vəhşi ola bilirlər.

Okur Takip Önerileri

Tümünü Gör
... baş verən hadisələr insanın baxdığı prizmadan asılı olaraq dəyişir.
O, həmişə deyirdi ki, insanın işinin səliqəsi ilk növbədə xarici quruluşunun səliqəsindən başlayır.
Reklam
1.920 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.