Çərpələng uçuran əsərində yazar digər Əsərlərində olduğu kimi öz ölkəsinin adət-ənənələrini, mədəniyyətini, müharibə illərinin yaşantılarını, dəhşətlərini qələmə alıb. Kitab sözün yaxşı mənasında əsl dostluq, sədaqət, xəyanət, günahların bağışlanılması üçün bir insanın edə biləcəklərindən bəhs edir.
Ümumiyyətlə, əsərdə cərəyan edən hadisələri bir növ Əmir obrazının xronikası adlandırmaq olar. Əfqanıstanın məhşur puştun qəbiləsinin nümayəndəsi olan bu obraz məncə elə müəllifin prototipidir. Hüseyninin də puştun qəbiləsindən olması, kiçik yaşlarından etibarən ailəsi ilə birlikdə Amerikaya köçməsi, Amerikaya köçdükdən sonra yazıçılıq fəaliyyətinə başlaması, Əmir obrazının Hüseyninin prototipi olduğu fikrini qüvvətləndirən oxşar cəhətlərdir. Bütün əsər boyu baş verən hadisələr bu obrazın dilindən verilir.
Əsərin əvvəlində Əmirin etdiyi əclaflığa görə məndə bu obraza çox nifrət hissi oyanmışdı, amma sonlara yaxınlaşanda mən Əmiri qınaya bilmirdim. Bilirsiz hər insanda cəsarət, mərhəmət, ədalət, vicdan hissi eyni qədərdə deyil, Əmirdə də cəsarət hissi yox dərəcəsində idi, məhz cəsarətsiziliyinin ucbatından dostunu xilas edə bilmir. Allah günahlarımızın bağışlanması üçün hər birimizə ömrümüzdə bircə dəfə də olsa şans verər, elə Əmirə də bu şansı verdi.Əmir illər öncə etdiyi günahını yalnız illər keçəndən sonra qismən də olsa yuya bildi.Biz günahı edəndə nəsə edib günah ediriksə, elə günahı yumaq üçün də nəsə etməliyik, Əmir də Həsənə etdiyinin günahını yumaq üçün onun oğluna atalıq etməyə başladı.
Əsər “Oxucu seçimi 2007” mükafatını qazanıb və eyniadlı film çəkilib.
Əsərin adı yəni, 11/22/63 Amerika prezidenti Con Kennedinin Dallasda qətlə yetirildiyi tarixdən götürülmüşdür… Bu dünyanı sarsan tarixdən təxminən yarım əsr keçmişdir amma iki məsələ hələ də açıq qalır: həqiqətən tətiyi çəkən Li Osvald idimi? Əgər o idisə, o, təkbaşına mı hərəkət etmişdi?
Lakin 11/22/63 romanı bunların heç birinə cavab vermir… Çünki bu tamamilə təxəyyülün məhsulu olan bu səyahət zaman daxilində maraqlıdır…
Siz də yəqin mənim kimi kitabı açan kimi o dəqiqə prezident Kennedynin sui-qəsd planından oxumaq istəyəcəksiniz amma bu belə deyil əsər cox geridən nə qədər qəribə görsənsə də, 2000li illərdən başlayır… Amma necə?
-Əsər Lisbon orta məktəbinin müəllimi olan Cek Eppinin dilindən danışılır, öz işində, adi həyat keçirən Ceklə, bir gün o məktəbin yeməkxanasında işləyən El Templton zəng edərək görüşmək isdədiyini söyləyir.
-El Templton məktəbin yeməkxanasını işlətsə də nə qəribədir ki, ərzağı, xüsusən də ət yeməklərini ucuz qiymətə satdığı üçün hər kəs onun vaxtı keçmiş ərzaq satdığını düşünərək onun yeməkxanasında oturmur…
Cek Templtonla görüşdükdə El ona qərinə bir sirr açır, mətbəxinin anbarında bir qapı vardır və o qapıdan çölə çıxdıqda insan özünü 1958ci ildə görür bir sözlə zamanda geri gedərək orada yaşaya bilər amma bir nüansı da yaddan çıxarmayaq ki, səyahət edən insan təkrar qayıdıb geri dönərsə orda neçə il yaşayırsa yaşasın qayıdarkən sadəcə 2 dəqiqə keçmiş olur..
Elin Cekə qəribə bir təklifi var… O qapıdan keçib 58ci ilə qayıtmaq və orada yaşayıb zamanı gəldikdə prezident Cohn Kennedynin öldürülməsinə əngəl olmaq… Bəs Cek bunu bacaracaq mı? Ümumiyyətlə Ceki zaman səyahətində nə gözləyir?
Əgər sizin üçün də bu suallar maraqlıdırsa və ümumiyyətlə o illərin Amerikasının həyat tərzini, yaşayışını en xırda detallarına qədər bilmək istəyirsinizsə,