İnsanın şəxsiyyəti necə də kövrək imiş- Mark çarpayının qırağında oturub onun süst əlini əlinə alanda, özlüyündə fikirləşdi.- Şüşə kimi kövrək. Bir xəstəlik, ya da bircə xatirə bəs edir ki, insanı bənzərsiz edən şeyi sındırıb, arxada yalnız içi boş gövdə buraxsın.