Avqust ayının mənasız və darıxdırcı günlərindən biri bu dəfə sahildəki istirahət mərkəzində dincələn insanlar üçün ölüm xəbəri ilə açıldı. Səhər saatlarında dənizdə boğulan şəxsin ölkə idmanında tanınmış biri olduğu deyilirdi.
İnsanlar səhər dənizdə boğulmuş Roma adlı həmin idmançı haqqında danışır, bilməyənlər hadisənin şahidlərindən nəsə öyrənməyə çalışırdılar. Hadisə isə bu sabah erkən saatlarda olduğu üçün hələ ki, şahid, yaxud mərhumun suda boğulmasını “gördüm” deyən olmamışdı. “