İlyas Əfəndiyev qələmindən ikinci əsər oldu oxuduğum. İki əsərlə müqayisədə ilk oxuduğum əsəri daha çox sevmişdim. Körpüsalanlar əsəri Adil və Səriyyənin iş həyatında baş verən hadisələrdən bəhs olunur. Səriyyə obrazını çox da sevmədim, həmçinin Adil obrazı + Qərib obrazını. Səriyyə evli olmasına baxmayaraq yenə digər iş yoldaşları ilə çox səmimi münasibəti, onlarla ova getməsi, şərab içməsi, Qəribə qarşı olan münasibəti və.s bu kimi hərəkətlərinə haqq qazandıra bilmədim. Adil obrazının da müəyyən fikirlərini sevməmişdim, hansı ki, düşünürdü ki, ailədə əsas kişinin sözü keçməlidir, kişinin vəzifəsi qadının vəzifəsindən üstün olmalıdır və.s fikirləri ilə razılaşmadım. Halbuki, ailədə ilk növbədə qarşılıqlı sevgi, hörmət olsa, bu məsələlərdən danışmağa dəyməz. Ancaq buna baxmayaq Adilin səbrli davranışını alqışladım. Digər obrazımız olan Qərib obrazını da sevə bilmədim. Əsərdə ilk dəfə Səriyyə ilə qarşılaşan zaman ona gülümsəməsi, Səriyyənin həmin günü unutmaması və.s kimi hərəkətlər. Məncə, o artıq hiss eləmişdi ki, Səriyyənin ona qarşı müəyyən hisləri var, ancaq buna baxmayaraq Qəribin də ona qarşı hislərini görə bilmək olardı + Səriyyənin evli olmasını bilirdi.
Körpüsalanlar əsərinin adı da simvoldur. Burada körpü insanlar arasında yeni münasibətlərin qurulmasını əks etdirirdi. Bu körpü bəzi insanları bir-birinə yaxınlaşdırdı, bəzilərini isə əksinə uzaqlaşdırdı. Ümumi götürsək,günümüzə xitab edən fikirləri özündə cəmləşdirdiyinə görə əsər xoşuma gəldi.