Ancaq əxlaq da elastiki bir şeydir. Bunu hər kəs öz arşını ilə ölçə bilər. Nəhayət, sözdə bir, işdə başqa adamlar da az deyil. Düşündüklərini açıq yazanlarda, heç olmasa, bir səmimiyyət vardır ki, o da, məncə, dəyərsiz deyildir.
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!...
Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Görünmədin bir kimsəyə
Çətin mən də tapım səni.
Qanadım yox uçum göyə
Göy üzündə tapım səni.
Göyə qalxan tüstüdəmi,
Bir buludun üstündəmi,
Məsciddəmi, kilsədəmi, -
Hansı dində tapım səni?
Mən bu Allahsız ölkədə
Azmışam yolu bəlkə də.
Hansı dalanda, dönğədə,
Hansı tində tapım səni?
Bilmirəm necəsən, necə? -
Bilmirəm bəlkə bu gecə
Sən idin qapımdan keçən
Tanımadı qapım səni...
Ramiz Rövşən
Mutlu olmak için kimseye ihtiyacın yok, al çayını, kahveni, tak kulaklığını. Aç en sevdiğin müziği. Ve okumaya başla.. Memento vivere: Unutma yaşıyorsun.