Bir parçası mətbəxlərə tökülmüş,
Bir parçası bələklərə bükülmüş.
Bir parçası xatirələr dumanı...
Bir parçası ər ömrünün qurbanı.
Bir parçası oğul toylu-büsatlı,
Bir parçası nəvə eşqli-qanadlı.
Bir parçası qızlarından nigaran...
Ağuşunda qəzəbləri uyudan,
Dünyamızda hərb odunu soyudan
Ömrümüzə səpələnmiş bir ömür.