Bizlər üçün əgər bir çıraq yanacaqsa, məktəb ocağının şöləsindən yansa gərəkdir. Cəhalət mülkünə əgər bir məhtab doğacaq isə, yenə məktəb divarından tülu edəcəkdir...
Qaranlıqda gəzmək ilə hem nə görüb götürmək olmaz... İşıq gətirməlidir! İşıq gələndə zülmət öz-özündən məhv olar və onunla belə hər şey öz rəngində görünər.
Axı o qız heç bir zaman başqalarının qanadı altında yaşamamışdır. O qız həmişə özü öz qayğısına qalmalıdır, qız öz-özünü düşündükdə və özü öz qayğısına qaldıqda isə onun bu cür, məsələn, sizinki kimi mehriban, həlim baxışları ola bilməz.