Zülfü Livaneli - Kardeşimin hikayesi
Nəfəs kəsən, maraqdan səhfələri necə çevirəcəyinizi bilməyəcəyiniz bir romanla gəldim bu gün...
Romanın əvvəli bir cinayətlə başlayıb sonu isə sizi şok salacaq şəkildə bitir.
#livaneli'nin zəkasına o qədər heyran qaldım ki, kitab bitdikdən sonra bir müddət oturub sadəcə düşündüm.
Hər əsəri ayrı bir şahəsərdir #livaneli'nin ama bu başqadır, mütləq OXUYUN.
Eşq, ehtiras, ailə içi travmalar, ruhsal çöküntülər, detektiv, sirr qisacası nə axtarsanız var bu kitabda ona görə də çox axıcı və təsiredici kitabdır.
Gələk kitabın mövzüsuna:
Rum balıqçı kəndi olan köhnə adı ilə Podima yeni adı ilə Yalıköy balıqçı kəndində baş verir hekayə. Əsər başlarda bir cinayət ilə başlayaraq jurnalist bir qızla, baş qəhrəmanımız olan Ahmet'in sirr və suallarla dolu söhbəti ilə başlayıb sadə bir detektiv kitab hissiyatı yaratsada, sonraki səhfələrdə bu düşüncə tamami ilə dəyişir və işlər başqa cür cərəyan edir. Hər kəs tövsiyyə olunacaq bir əsərdir. Xoş mütaliələr