Puan vermedi·144 syf.··
2026 8. kitabı
·
4 saatte okudu
·
Okunma: 22 Mart 2026 18:53
Salam, bu gün sizinlə Corc Oruelin "Heyvanıstan" əsəri ilə bağlı fikirlərimi bölüşmək istəyirəm. İlk öncə onu qeyd edim ki, əsərin dili çox sadədir. Əsəri həm azyaşlı uşaqlar, həm də böyüklər oxuya bilər. Uşaqlara nağıl kimi gəlsə də, böyüklər əsərdə çatdırılmaq istənilən əsl mənanı dərk edəcəkdir. Corc Oruell bu əsəri 1945-ci ildə qələmə alıb. Əsər alleqorik povestdir. Hadisələr fermada baş verir. Heyvanlar insanların zülmündən bezərək inqilab edir və fermanın idarəçiliyini ələ keçirirlər. Məqsəd bərabərlik və ədalətin hökm sürdüyü bir cəmiyyət qurmaqdır. Lakin zaman keçdikcə "Bütün heyvanlar bərabərdir" şüarı altında qurulan bu cəmiyyət qorxu və haqsızlıqlarla idarə olunmağa başlayır. Əsər qorxu ilə cəmiyyətin idarə olunması məsələsini çox real bir şəkildə qələmə almışdır. Oruell bu əsərlə birbaşa 1917-ci il Rusiya inqilabını və sonradan qurulan totalitar rejimini əks etdirmişdir. Məsələn, Napoleon Stalin obrazını, Boksyor (At) obrazı işçi sinfinin sadiqliyi və gücü, lakin həm də istismarını təmsil edir. Əsəri oxuyarkən insan boşluğa dalır. İnsan öz olduğu mühitin də bu formada ifadə edildiyini anlayır. Və bu "ədalət", "bərabərlik" adı altında sadəcə aldadılan təbəqə olduğumuzu görürük. Bir sözlə, "bütün heyvanlar bərabərdir, amma bəzi heyvanlar daha çox bərabərdir"
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2013296,7bin okunma
9/10
·372 syf.··
Beğendi
·
2025 1. kitabı
·
14 günde okudu
·
Okunma: 18 Mart 2025 00:00
Platon- qədim yunan filosofu, klassik yunan fəlsəfəsinin ən görkəmli nümayədlərindən biri. Təxminən e.ə 428-348-ci illərdə yaşayıb-yaradıb. Univeristetin atası sayılan Akademiyanın qurucusu və müəllimi Sokratın fikirlərini dialoqlarla fəslsəfəni yazıya çevirən ən mahir ustalardan biri hesab olunur. Platonun ən məşhur əsərlərindən biri də “Dövlət”-dir. Platonun digər əsərlərində olduğu kimi burda da hadisələr dialoq formatında verilir və əsasən Sokratla Aristotelin oğlu Glaukon arasında cərəyan edir. Kitab “ən yaxşı və mükəmməl dövlət necə olmalıdır?” sualı ilə başlayır və kitabın hər bölməsində Sokrat dövlət və onun əsas təməlləri üzərində müxtəlif fikirlər irəli sürür. Eyni zamanda Platon “Dövlət” də yaxşılıq, bərabərlik, güclülük kimi insani duyğuları incələyərək xəyalındakı ən yaxşı dövlət modelini irəli sürüb. “Dövlət” özündən sonra yazılan eyni məzmunlu əsər və utopiyalara da işıq tutub.
DevletPlaton (Eflatun) · Türkiye İş Bankası Kültür Yayınları · 201932,9bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
8/10
·412 syf.··
2026 6. kitabı
·
3 günde okudu
·
Okunma: 24 Ocak 2026 16:36
Spoiler! Və nəhayət sona yaxınlaşıram. 6-cı kitabı da bitirdim. Bu kitabın bəzi chapterləri nə qədər güclü idisə, bəziləri də eyni dərəcədə zəif qalırdı. Nəhayət, etiraf səhnəsi gəldi. Düzü, çox da gözlədiyim kimi olmadı, amma yenə də pis deyildi. Kitabın üz qabığında məhz həmin səhnənin yer alması isə çox xoş bir detal idi. Ümumilikdə bu kitab məni 3 dəfə ağlatdı. Birincisi, mağara səhnəsində Mu Qing və Feng Xin-in öldüklərini düşündüyüm an (sonradan sadəcə saxta qabıq olduqları ortaya çıxdı). İkincisi, 33 cənnət üzvünün Xie Lian-ı alçaltdığı və Mu Qingin əlindən heç nə gəlmədiyi həmin səhnə. O anda həm Xie Lian-ı, həm də Mu Qing-i çox yaxşı başa düşdüm və hər ikisinin özünə görə haqlı olduğunu düşünürəm. Üçüncüsü isə yenə Mu Qing-in Xie Lian-ın evinə kömək etmək üçün ərzaq gətirdiyi, amma qovulduğu səhnə idi. Ümumilikdə, ən sevdiyim obraz Mu Qing oldu. İkinci kitabdan etibarən onu sanki özümlə eyniləşdirirəm və bu səbəbdən onunla bağlı daha çox oxumaq istərdim. Xie Lian-ı bir növ tərk etməsini də qınamadım, qətiyyən. Çünki həmin anda verilə biləcək ən doğru qərarı verdiyini düşünürəm. Gülən–ağlayan maskalı adamın kim olduğu və arxasından necə bir hekayə çıxacağı həqiqətən çox maraqlıdır. Eyni zamanda Feng Xin-in necə yüksəldiyi mövzusu da marağımı çəkir. Altıncı kitab haqqında ümumi təəssüratım: güclü emosional anlar var, amma balans baxımından hələ də qeyri-bərabərlik hiss olunur.
Heaven Official's Blessing: Tian Guan Ci Fu (Novel) Vol. 6Mo Xiang Tong Xiu · Seven Seas · 202367 okunma
7/10
·249 syf.··
2025 35. kitabı
·
3 günde okudu
·
Okunma: 27 Kasım 2025 20:12
Kitapta yazar ile seyahat etmeyi seven dostu Raphael arasında bir sohbet gerçekleşiyor. Raphael onlara 'Ütopya' adlı bir ülkeden bahsediyor. Bu ülke adaletle ve doğrulukla yönetilmektedir. Yazar bize mükemmel bir ülkenin tasvirini sunarken; Raphael de Ütopya’nın yönetim mekanizmasını, kanunlarını, sosyal hayatını ve diğer tüm alanlarını detaylandırıyor. Bana göre bu kitap, yazıldığı döneme göre gerçekten çok başarılı bir ülke sistemi öneriyor. Ancak günümüz dünyası için birebir uygun olduğunu söylemek doğru olmaz. Bu kadar hareketli, yüksek teknolojili bir hayata alışmışken; Ütopya’nın o durağan ve sakin yaşamı günümüz insanına pek hitap etmiyor. Buna rağmen, Ütopya’dan öğrenebileceğimiz ve uygulayabileceğimiz pek çok nokta da mevcut. Şahsi fikrimce, maddiyattan uzaklaşma meselesi insanlar arasındaki gerçek eşitlik için çok önemlidir. Okuduğunuz zaman siz de şahit olacaksınız ki, Ütopya’da gerçek eşitlik tam da bu yolla sağlanıyor. İnsanların para hırsı, rüşvetçilik ve sahtekarlık gibi kötü huyları, maddiyatla birlikte yok olup gidiyor. Geçim derdi olmadan, makam ve mal mülkle birinin diğerine üstünlük taslayamadığı, herkesin benzer bir hayat sürdüğü bu düzen topluma muazzam bir huzur ve eşitlik getiriyor. Ütopya’da devletin var olmasının gerçek sebebini, yani millete hizmet etme amacını açıkça göreceksiniz. Devletin ve yönetimde yer alanların tek derdi, insanların daha az fiziksel emek harcayarak daha fazla refah içinde yaşamasıdır. Herkes devletin kendisine destek olacağını, bir köşede unutulmayacağını bildiği için geçim kaygısı çekmeden huzurlu bir ömür sürebiliyor. Ütopya’da millet üstündür; devletin tek önceliği milletinin hayatıdır. Öyle ki devlet, milletinden birini kaybetmektense çok büyük paralar ödemeyi tercih eder. Kısacası Ütopya’da maddiyat, altın ve diğer
1000Kitap
UtopiaThomas More · Türkiye İş Bankası Kültür Yayınları · 202024,7bin okunma
Gün 10
Puan vermedi·384 syf.··
2025 221. kitabı
·
15 saatte okudu
·
Okunma: 19 Ekim 2025 09:41
80 günə 100 kitab Gün 10. Kitab 15. Kitab pdf-i axtararkən təsadüfən qarşıma çıxan bir kitabdır. Oxudum. Kitabda əsas diqqət Marx’ın insan azadlığı, əmək, yadlaşma və bərabərlik fikirlərinə yönəlib. Müəllif sadəcə nəzəriyyəni izah etmir, həm də onu bugünkü cəmiyyətin vəziyyəti ilə müqayisə edir. O, texnologiyanın, istehlak mədəniyyətinin və neoliberal iqtisadi sistemin insanı necə yenidən “əsarət altına” aldığını göstərir.
Marx'tan Yeniden DoğmakHimani Bannerji · Yordam Kitap · 20167 okunma
10/10
·448 syf.··
Beğendi
·
2024 13. kitabı
“Çərpələng Uçuran” romanı yalnız bir dostluq və xəyanət hekayəsi deyil, həm də insanın vicdanı ilə apardığı uzun və ağrılı mübarizənin təcəssümüdür. Xalid Hüseyni bu əsərində oxucunu həm Əfqanıstanın faciəli tarixi ilə, həm də insan ruhunun ən gizli qatları ilə üz-üzə qoyur. Əsərin qəhrəmanı Amir uşaqlığını Kabilin köhnə küçələrində, zəngin ailədə böyüyür. Onun ən yaxın dostu isə evlərində xidmətçi işləyən Hazara millətindən olan Həsəndir. Çərpələng yarışları, uşaq oyunları və bir-birinə bağlılıq onların həyatını bəzəsə də, bu dostluğun dərinliyində gizli bir qeyri-bərabərlik dayanır: Amir sahibkarın oğlu, Həsən isə xidmətçinin balasıdır. Əsərin qırılma nöqtəsi çərpələng yarışında baş verir. Həsən Amirin uğuru üçün özünü fəda edir, lakin qarşılaşdığı zorakılıq anında Amir susur. Bu səssizlik isə onun bütün həyatına damğa vurur. Vicdanının səsini boğan Amir bir müddət sonra Həsəni uzaqlaşdırır, lakin yaddaşından və içindəki günahkarlıqdan qurtula bilmir. İllər keçir. Əfqanıstan işğala məruz qalır, Amir atasının yanında Amerikaya köçür. Lakin keçmiş daim arxadan onu izləyir. Vətənə qayıdışı Amirin öz vicdanı ilə son dəfə üz-üzə gəlməsi, Həsənin oğlunu xilas etməsi və “yenidən yaxşı olmaq” üçün cəsarət toplaması ilə nəticələnir. “Çərpələng Uçuran” oxucunu həm ağladan, həm də düşündürən bir romandır. Bu əsər bizə öyrədir ki: Günahdan qaçmaq olmaz, vicdan səsi hər zaman arxamızca gələcək. Həqiqi güc var-dövlətdə deyil, insanın sədaqətində və fədakarlığında gizlidir. Hər bir insanın həyatında “yenidən yaxşı olmaq” şansı var – əsas odur buna cəsarət tapasan...
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011192,5bin okunma