- Ölümsüz varlıqların sonsuz məşəqqətlərinin faydasının bu dünyaya çatmasından qabaq bu dünyanın özünün əbədiyyətə qovuşacağını anlamamaq! Bu xırda dünyada xeyir işə qulluq eləyən hər bir xristianin boynuna düşən savab işlərin hamısını görə bilməsi üçün ömrünün nə qədər qısa olduğunu anlayacağını bilməmək! İnsanın öləndən sonra nə qədər peşmanlıq çəksə də, fani dünyada əldən verdiyi bir imkanın yerini doldura bilməyəcəyindən qafil olmaq! Nə qədər axmaq olmalısan ki, bunları anlamayasan! Bax mən belə axmaq olmuşam. Mən bunları anlamamışam!
Amma həmişə Milad bayramının adı gələndə - bunu onun mənşəyindən, müqəddəsliyindən irəli gələn xoş hissləri bir kənara qoyaraq deyirəm - ağlıma mərhəmət, lütfkarlıq, səxavət kimi dəyərlər gəlir. Milad təqvimdə yeganə gündür ki, insanlar sanki sözsüz bir sövdələşməyə uyğun olaraq, bir-birinə ürəklərini açır, hamıya, hətta özlərindən kasıblara da sadəcə qəbrə gedən və ömür adlanan bir səyahətdə yol yoldaşı, həmsəfər kimi baxırlar.