Onsuz da elədiyim şeyləri oxumaq məni sıxdı. Bunu məsələn 17-18 yaşımda oxusaydım bəyənərdim çox güman. Amma indiki yaşıma uydura bilmədim. Pis deyil, amma yaş üst limiti var.
Öz otağına və gecələr asudə kitab oxumağa, çarpayının üzərindəki tavanda türkün başını xatırladan çatlağa, zaman keçdikcə də tamamilə adi hal hesab elədiyi çənin bul-bul eləməyinə, döşəkdə öz bədəninin yaratdığı çökəyə, əvvəlcə özünü narahat hiss elədiyi, indisə yumşaq və itaətkar hesab elədiyi yatağına, ağ neft lampasını yandıranda və ya kitabları şkafa qoyanda əllərinin dəqiq və artıq avtomatik hərəkətlərinə alışmışdı. Artıq səhərlər üzünü qırxmaq üçün işıq lazım olan tərəfdən düşsün deyə güzgünün qabağında necə dayanmaq lazım olduğunu, bardaqdan ləyənə suyu necə döşəməyə sıçratmadan tökməyi, cüzi aşağı verərək şkaflardan birinin sözə baxmayan qıfılını necə açmağı bilirdi.
Rütubətli havalarda qapıların cırıldamasına, pəncərədən boylanan ayın döşəmədə hansı yerə işıq salmasına və vaxt keçdikcə ay işığının öz yerini ağır-ağır dəyişərək hərəkət eləməsinə, aşağıdakı otaqda podpolkovnik Nikolozinin gecə düz saat ikinin yarısında heyrətləndirici bir sabitliklə daima özünü hiss elətdirən köhnə yarasının ucbatından qurdalanmasına, onu da yuxudan oyatmasına öyrəşmişdi.
Bütün bu şeylər artıq onun özünün bir hissəsinə çevrilmişdilər və onlardan ayrılmağa artıq heyfi gəlirdi. Lakin Droqo bu haqda özünə hesabat vermir və burdan getməyin onun üçün çətin olacağına hətta şübhələnmirdi; onu da bilmirdi ki, Qala həyatı bir qaydada keçən bu günləri iti sürətlə udur. Dünənki, srağagünkü gün də eyni gün idi, bir gününü digərindən ayıra bilmirdi, üç gün və ya iyirmi gün bundan əvvəl nə olmuşdusa, onun üçün bərabər ölçüdə uzaqda idilər. Zaman keçir və keçirdi, amma Droqo bunun fərqində deyildi. Sabitliyə və monotonluğa təslimiyyəti necə gözəl izah eləyib
Bu kitab hərhalda ilk dəfə cin kinosuna baxdığım qədər dəhşət verdi. Əslində bütün hadisənin xəyal gücümüzə buraxması, ortaq qorxularımızın olması və o sıxışmışlıq həm insana qarabasma kimi təsir edir, həm dəyazılanları yalanlaya bilmir. Bu yazarın qələmini Edgar Allan Poea oxşadılmasını indi başa düşürəm.