Kitab haradasa avtobioqrafiya deyə biləcəyimiz janrdadır. Əsərimizin baş qəhrəmanı Esther, oxuyan, yazar olmaq istəyən, ədəbiyyat üzrə təhsil alan tələbədir. Yoldaşı ilə xatirələrində olduğu kimi, burda da Buddy Willard’ın şeiri qəzetdə yayımlanır və Esther paxıllıq çəkir. Açığı münasibətlərində Buddy’nin saf-ari olmaması Esther’i narahat edir. Mən bunu real həyatda Hughes’ın Sylvianı aldatmağına işarə etdiyini düşünürəm. Və özü də terapiyalar alarkən Buddy kimi qeydsiz qaldığını düşünürəm. Filmini də güc-bəla tapıb izlədim. Amma subtitle versiyası yoxdur. Odur ki, əsəri oxuyun sonra filmi izləyin. Aşağı-yuxarı bütün danışılan şeylər kitabda da var. Amma örtüşmürlər təbii ki, bunu da nəzərə alın. Sylvia’nı çox sevirəm və düşünürəm ki mənim şəxsən axırım o cür olacaq. Ona görə əzizdir mənə. Necə aşağı xal verə bilərəm ki :)