Jane Eyre. Əsrlərin sevimli əsəri. İlk dəfə bu əsəri mənim üçün çox əziz olan müəllimim - Dr.Mammadovun stolu üzərində görmüşdüm. Düşünmüşdüm ki, məndə mütləq oxuyacam. Və məhz bugün – tam 4 il sonra bu qiymətli əsəri oxumaq qismət oldu.
Əsər bir xanımın həyatından bəs edir. O xanım ki, uşaqlığında valideyn nəvazişindən uzaq yaşamış, gəncliyində isə taleyin sərt üzləri qarşısında bitməyən sınaqlardan keçmişdir.
Dünyada saysız-hesabsız kitablar var, lakin çox azı tapılar ki, hər səhifəsində bir həyat dərsi olsun. “Jane Eyre” məhz belə nümunələrdəndir. Bu dramı oxuyan zaman onun hər sətrində dərin bir hikmət tapmaq olar.Düşünürəm ki, dünyadakı bütün kitablar yox olub yalnız bircə kitab qalmalı olsaydı, “Jane Eyre” bəşəriyyəti tərbiyə etməyə, onu mənəvi cəhətdən formalaşdırmağa və hər bir oxucuya həyatın mahiyyətini izah etməyə kifayət edərdi. Bu romanın gücü təkcə hadisələrində deyil, insan ruhuna toxunan, onu düşünməyə vadar edən düşüncələrindədir.
Burada insanın ailə nəvazişinə olan ehtiyacından tutmuş, müxtəlif cəmiyyətlər arasındakı sosial fərqlərə qədər bir çox mövzulara toxunulmuşdur. Müəllif göstərir ki, insanın dəyəri sərvəti, təhsili, mənsub olduğu cəmiyyət və ailələr ilə deyil, mənəvi yüksəkliyi, əxlaqi prinsipiallığı ilə ölçülür.
Roman həm də əsl sevgi və sadiqliyin nə olduğunu ən saf şəkildə təqdim edir. Jane Eyre öz hekayəsində nə olursa olsun, insanın özündən və öz həqiqətlərindən imtina etməməsini, vicdanın səsinə qulaq verməyi oxucuya aşılayır.
Bu əsər yalnız bir roman deyil, ruhu tərbiyə edən, insana özünü tanıdan, mənəvi yüksəlişə səsləyən bir məktəbdir. Onu oxuyan hər kəs həyatına bir neçə yeni həqiqət, bir qədər cəsarət və kifayət qədər mənəvi zənginlik qatacaq.
P.s. Bundan əlavə əsəri oxuduğum zaman Azərbaycan dilinin gözəlliyinə bir daha heyran