Nəhayət, Oliver elə dərin, rahat və şirin yuxuya getdi ki, bu cür yuxu, adətən, insana lap yaxın bir vaxtda keçirdiyi dərin sarsıntı və əzabdan sonra gələ bilir, bu cür sakit və şirin yuxunun pozulması özü də bir əzabdır. Əgər ölüm də belədirsə, kim o şirin yuxudan ayılıb yenidən bu həyata qayıtmaq istərdi, keçmişin acı xatirələrini yada salmaq, bugünün əziyyət və qayğılarına dözmək, gələcəyə qorxu və həyəcanla baxmaq üçün kim yenidən ayılıb mübarizə meydanına girmək istərdi?!