Chimnaz

Chimnaz
books, not guns! culture, not violence!
Söyüdlü Arx - qovuşa bilməyənlərin xoşbəxt hekayəsi...
8/10
·224 syf.··
Beğendi
·
2023 9. kitabı
·
42 günde okudu
·
Okunma: 05 Kasım 2023 16:25
İlyas Əfəndiyev həmişə mənə doğma olub, məktəb vaxtı həyatını, kiçik hekayələrini oxuyanda onu öz ruhuma səbəbsizcə çox yaxın hiss etmişəm. Amma Söyürdlü Arx əsərinə qədər heç bir kitabını oxumamışdım. Düzdür, kitabı bitirməyim çox uzun çəkdi. Çox həvəslə bitirmək istəyimə baxmayaraq, istədiyim kimi vaxt ayıra bilmirdim. Bu dəqiqələrdə elə bitirdim kitabı. Axır ki) Kitabı oxuyanda elə gəlirdi ki, sanki hansısa köhnə Azərbaycan filmini izləyirəm. Kəndlilər, raykom müdirləri, mədəniyyət evləri, musiqilər, teatrlar, dərnəklər... Çox ləzzət edirdi. Deməliyəm ki, öz aləmində obrazlara nöqsan tutduğum məqamlar da az olmurdu. Niyə belə edirsən, indi niyə belə oldu ki çox dedim öz özümə. Amma çox vaxt olduğu kimi kitabın sonu məni məntiqi sonluğa gətirə bildi. Hələ də suallar, etirazlar qalsa da, bir nöqtədə müəllifi anlaya bildim. Baş obraz olan Nuriyəni kitab boyu etdiklərinə görə qınayırdım. Amma onun hər düşüncəsində, hər fədakarlığında o qədər ortaq nöqtələr tapırdım ki, içimdə bir yerlərdə onu çox sevirdim, heyranlıq duyurdum. Bir şeyi də qeyd etməliyəm ki, kitab üzərində verilən fotonun bu obrazla heç bir məntiqi əlaqəsi yoxdur. Ümimiyyətlə, kitab nəşrlərində konkret təsvirlərin verilməsinə qarşıyam. Mənə görə, obrazın xarici görünüşü müəllifin təsvir etdikləri nəticəsində insan təxəyyülündə yaranmalıdır. Uzun sözün qısası bundan sonra İlyas Əfəndiyevə, ümumilikdə digər Azərbaycan yazarlarına daha çox şans vermək istəyirəm.
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,308 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim

Chimnaz

, bir kitap okudu
8/10
·224 syf.··
Beğendi
·
42 günde okudu
·
2023 9. kitabı
İlyas Efendiyev
9.1/10 · 1.308 okunma
Görünür, biz nə qədər möhkəm iradəyə malik olsaq da, dərdimizi, heç olmasa, bir nəfərin bilməsini istəyirik. Bu bizim həmişə insan ünsiyyətinə olan dərin ruhi ehtiyacımızdır.
Sayfa 214·Kitabı okudu
Düşünce
- Hər dərdin bir çarəsi var. - Yalan sözdür. Bu dünyada insanların həyatını zəhərləyib məhv edən, onların səbrindən, iradəsindən asılı olmayan o qədər çarəsiz dərdlər var ki!
Hayata Dair
Bu, qaydadır: həyat ozi həmişə dözümlülərin yükünü artırır.
Duygular