Adətən soyuq adlanan, hadisələrə tez reaksiya verməkdən çəkinən, hisslərindən çox beyninə ağırlıq verən, məntiqi nəticə axtaran, duyğusallıqda məna görməyən insan.
Bu kitab sənin üçündür.
Camusla tanışlığımdan gəldiyim ilk nəticə budur. Adını belə bilmədiyimiz baş rol elə hadisələr qarşısında səssiz və təmkinli qalır ki, içimdə bir heyranlıq oyanır. Amma daxili səs tənqidi də əskik eləmir. Sözsüz ki, bu səssizliyin bir kuliminasiyası olur. Amma o da Camus'a məxsus olur.
Şübhəsiz ki, Camusla hələ çox uzun yolumuz var, bu isə hələ başlanğıc idi!
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020137,2bin okunma
Yəqin ki oxunmağı ən uzun çəkən kitabım oldu. Bunda kənar faktorlar da var idi, amma kitabın qəlizliyini göz ardı etmək olmaz. Hələ kitabı yarıda qoyanların çox olduğunu görəndə içimə bir şübhə düşmüşdü.
Amma inadla kitabı bitirdim. Düşünürəm ki, nə yaxşı ki də davam etdim oxumağa. Sözsüz ki, kitabxanama əsl klassikalardan birini qazandırdım. Bu kitabdan əvvəl deyirdim romantika oxumaq istəyirəm, kainat bu kitabla məni susdurdu. Çünki bundan böyük romantika tanımıram!
Balzak elə obrazlar yaradıb ki, hər çevirdiyim səhifədə tutduğum mövqe dəyişirdi. Hisslər o qədər mükəmməl təsvir olunmuşdu ki, mənə əks olan fikirlər də mənə yacln gəlirdi. Heç kimi, heç nəyi qınaya bilmirdim, çünki insan psixologiyasının dərinliklərində yazılan kitabdır.
Uzun sözün qısası yaxşı ki oxudum. Felix, Henriette sizi daim xatırlayacağam.
Vadideki ZambakHonore de Balzac · Türkiye İş Bankası Kültür Yayınları · 202553bin okunma