Mən alın yazısına, yəni başımıza gələcək hadisələrin əvvəlcədən yazıldığına inanmıram. Ona inanıram ki, həyat yolumuzda hər dəfə irəli addım atanda qarşımızda çoxlu sayda yeni cığırlar açılır və biz bu cığırlardan birini seçib öz taleyimizi yaza yaza ölümə doğru irəliləyirik.