Əlbəttə, hər gün onu özümlə bir damın altında görmək, onun yaxınlığını hiss etmək mənim üçün yalnız nağıllarda eşitdiyim bir səadət olardı. Vaxta ki, bu mümkün deyil, o zaman nə etmək? Onsuz yaşamaq mənim üçün nə qədər çətin olsa da, həyatdan getmək istəmirəm. Çünki bu, mənim tərəfimdən namərdlik olardı. Belə çıxardı ki, mən onsuz çəkəcəyim iztirablardan qorxaraq, həyatıma son qoyuram.
Ehtimal verilən təhlükələrin qorxusu fiziki və mənəvi potensialı böyük olan şəxsləri belə məhv edə bilər. Bu qorxu düzgün həyat tərzi sürməyə mane olmaqla yanaşı, insanın fərdi və ictimai həyatını təbii cığırından çıxarır.
Həqiqi şəxsiyyət kobud, nalayiq sözlər eşitdiyi zaman özünü itirmir, onlara gözəl və sağlam bir sözlə qarşılıq verir. Eyni tərzdə cavab verərək özünü cahil insanların səviyyəsimə salmır. Belə ki, eyni şəkildə qarşılıq vermək bir çox hallarda insanın öz səviyyəsindən aşağı düşməsinə və alçalmasına səbəb olur. Buna görə də əxlaq elminin qanunlarına əsasən, söyüş kimi nalayiq sözlərin də eyni şəkildə qarşılığını qaytarmaq düzgün hesab edilmir
Belə ki, insan ətrafdan qəbul etdiyi bütün görüntülər içərisindən nəyi görmək istəyirsə, onu da görəcək. Baxdığın gülün tikanını,yarpağını, yoxsa ləçəklərinimi görəcəksən? Sənin istəyindən asılıdır.