Musa Yaqub - Öyrətmə özünə, öyrətmə məni
Taleyin qisməti rast saldı bizi. Yolumuz haradasa qırılacaqsa, İtirəcəyiksə, bir-birimizi, Xatirəm yadında qalmayacaqsa, Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa, Gəl məni, özünə öyrətmə məni, Hicran qorxusuyla göynətmə məni. Əlimi saçıma öyrətmə belə, Gözümü gözünə öyrətmə belə, Üzümü üzünə öyrətmə belə, Mən bir az baharlı budaq kimiyəm, Bir az da sadəlövh uşaq kimiyəm. Bala atasına qovuşan kimi, Leylək yuvasına yovuşan kimi, Arı gül-çiçəyə uyuşan kimi, Eh, mən də adama tez yovuşanam, Sevgi atəşində tez alışanam. Amma ki, sönməyim çox çətin olur, Sevgidən dönməyim çox çətin olur, Öyrətmə özünə, öyrətmə məni. Bəlkə gözləmirdik bu xoş görüşü, Yaman qəribədir dünyanın işi; Heç vaxt yollarında dayanmadığın, Heç həndəvərində dolanmadığın Gəlib birdən sənə nə şirin olur! Ömrünün içində ömür doğulur.
Şiir
"Me Before You​".. "Louisa və Will'in hekayəsi, həyatın sadəcə nəfəs almaqdan ibarət olmadığını, cəsarətlə sevməkdən ibarət olduğunu öyrədən bir romandır. Willin dünyası, bir vaxtlar sahib olduğu o şahanə azadlıq keçirdiyi ağırqəzadan sonra əlindən alınmış yalnız qaranlıq bir otaqdan ibarət idi...Ta ki, o rəngarəng, həyat dolu Lou, qapıdan içəri girənə qədər... ​Will, Louya 'sadəcə var olmaqla kifayətlənmə' cəsarətini aşılamağa çalışır, amma tam tərsi onun Lou dan öyrənəcəyi çox şey var idi: Həqiqi sevgi, kimisə dəyişdirməyə çalışmaq deyil, onun seçiminə hörmət etməkdir; ən çətin, ən ağrılı seçim olsa belə. 'Səndən Əvvəl Mən' bizə ayrılığın belə bir sevgi aktı ola biləcəyini göstərir. Çünki bəzi sevgilər, əbədi davam etmək məcburiyyətində deyil; bəziləri sadəcə, qalan həyatınızı necə yaşayacağınızı öyrətmək üçün gəlir və gedir. Lounun qəlbindəki o kiçik arı döyməsi kimi...sevginin ağrısı qalır..lakin onunla birlikdə pıçıldanan son sözlər də qalır: 'Cəsur yaşa, Clark. Sadəcə yaşa.' "... #sendenönceben
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
Sən dünyanın ən xoşbəxti olsan belə, Bu sevginin həsrətini çəkəcəksən... Könülləri gözəlliklə alsan belə, Bu sevginin həsrətini çəkəcəksən... Təntənəli gecələrdə anılsan da, Təriflərdən usansan da, yorulsan da, Nərgiz kimi öz-özünə vurulsan da, Bu sevginin həsrətini çəkəcəksən... Lap başından aşsa belə var-dövlətin, Arzu olsa bir baxışın, bir dəvətin. Sevgi elə nemətdir ki, bezmək çətin - Bu sevginin həsrətini çəkəcəksən... Həyat səni saxlasa da göz üstündə, Bağrın başı qovrulacaq köz üstündə... Kövrələcək adicə bir söz üstündə, Bu sevginin həsrətini çəkəcəksən... Afaq Şıxlı
Edebiyat
Səbr elə
Həyatin çox çətin anları var Yolunun eniş yoxuşları var Soyuğu boranları qarı var, Hər qışın sonda bir baharı var   Sevgidir nurlu ümid yolumuz, Tikanlı olsada sağ solumuz Həyat oyunundaki rolumuz, Qovuşan iki aşiq sonumuz Bir azca səbr elə canım mənim, Qarşıda sənlə gözəl günlərim Arzularım çox inamım mənim, Sənə bağlı bütün ümidlərim   Belədir qış dalınca yaz olar, Pis günün ömrü dedilər az olar, Durular sular bulanmaz olar, Qara günlər ağ bəm-bəyaz olar Bu həyat mənalıdır, deyil boş, Mənzil xoş olar niyyətimiz xoş Könlümüz olsa eşq ilə sərxoş, Keçəcək birgə illərimiz xoş   Gün gələr bu dərdlər bitər gedər Səbr ilə yarım mənim, səbr elə Arzu diləyimiz olmaz hədər Xoş günlər ömür qarşıda hələ
Nimrathisin Dünyaya Gəlişi
İnsanlar! Niyə bir-birinizə kin və nifrət bəsləyirsiniz? Niyə daim münaqişələr içindəsiniz? Axı içimizdə aqressiya olsa da, qısqanclıq, nifrət və kin kimi hisslər bizə aid deyil. Niyə anlamırsınız ki, 13.8 milyard illik bir kainatda onun çox cüzi bir nöqtəsində, mikro zaman dilimində anadan olub ölürük? Bu qədərmi çətindir bunu dərk etmək? Niyə hər şeyi səhv başa düşürsünüz? Sadəliyi, mərhəməti, paylaşmağı, sevgini, vicdanlı davranmağı. Niyə hər şeydən necə istifadə edəcəyinizi soruşursunuz? İnsanların sözlərinin altında gizli niyyətlər axtarırsınız? Yaraları qan çıxana qədər qazımaq sizə nə verəcək? Məni anlaya bilməzsiniz, ey insanlar! Çətin! Çünki siz artıq belə öyrəşmisiniz! Sanki genlərinizdə var bu qırğın, bu nifrət. Axı sizə düşünmək deyilən bir qabiliyyət verilib. Niyə 60-70 illik ömrünüzdə ürəyinizlə ağlınızı vəhdət halına gətirmirsiniz? Sizə baxıram, yazığım gəlir. Siz qan iyinə öyrəşmisiniz. Qan axtarırsınız daim. "Mən etmərəm" deyən insanı belə zorla bir yırtıcıya çevirmək istəyirsiniz. Savaşın! Qan tökün! Ədalət pərdəsi altında qan tökün! İnsan adını daşımağa belə layiq olduğunuzu düşünürsünüzmü? Gülməyim gəlir, çünki daim günahlandıracaq birini tapırsınız. Təki o cüzi yanıb-sönən vicdanınız rahat olsun. Siz qaynar qazana atılmış siçanlar kimisiniz – bir-birinizi dişləməyə, yeməyə, hücum etməyə həmişə hazırsınız. Sözlərlə çöldə mədəniyyət qurmusunuz, amma içinizdə hələ mağarada yaşayırsınız. Bəlkə də sizə şüur verilməməli idi. Bəlkə bu qədər yaşamamalı, bu günə qədər gəlməməli idiniz. İnsanlıq payı olanları sıxışdırırsınız ki, bizə oxşayın, bizim kimi olun! Olmayanda isə ad qoymağa başlayırsınız: axmaq, dəli, başdanxarab, qoyun. İndi də sözlərimə gülün! Mən çıxıb gedəcəyəm... Amma siz – siz yenə bildiyinizi edəcəksiniz! Min il keçsə də
Felsefe ve Düşünce
Dünən saat 13:20-də qış daxil olub Bakıya. Maraqlıdır, görəsən, Bakıda fəsil elə qış deyildimi? Bakının insanları yay aylarında belə qışı yaşamırdımı? Həmişə mənə qeyri-ixtiyari olaraq maraq yaradıb bu şəhərin insanları. Bilirsiniz, şəhərinə yaxud rayonuna, kəndinə görə insanların xasiyyətini az da olsa, seçə bilərsiniz. Məsələn, Şəkiyə getsəniz, böyük ehtimalla, sizi ordakı insanların danışığından dolayı gülmək tutacaq. Bu lağ üçün olan gülmək deyil, onların ləhcəsi buna dəlalət verir. Yaxud insanların orda sizə çoxca səmimiliyi hardasa qeyri-adi bir hiss oyadacaq sizdə. Naxçıvana getsəniz, tamam ayrı bir münasibət görəcəksiniz. Qubada tamam ayrı, Yardımlıda tamam ayrı və s. və i. a.. Amma Bakı hamısından fərqlidir. Bakıda hər yerdən, hər xasiyyətdən, hır xüsusiyyətdən, hər geyimdən, hər danışıqdan insan tapmaq mümkündür. Təkcə səmimiyyət bu şəhərdə çox çətin tapılır. Hava soyuq ya isti olsun, niyəsə bu şəhərin əksəriyyətində qara paltar var. Niyəsə insanlarının üzü həmişə ciddidir. Niyəsə insanları həmişə harasa tələsir. Niyəsə insanları kimisə mütləq itələyərək harasa daxil olmağa çalışır. Ətrafdan Bakıya baxıb sadəcə anlamağa çalışıram, bu şəhərin xüsusiyyəti nədir? Birisi Bakıya gələndə niyə korlaşır? Sizə bir sual, hərgah Bakıda yaşayırsınızsa. Gün içərisində gəzdiyiniz yerlərdə neçə dilənçi görmüsünüz? Heç diqqətlə saymısınız? Yəqin çoxunuz birdən fikirləşəcək ki, bu nə gic sualdır? Amma ciddi-ciddi düşünün. Neçə dənə görmüsünüz? Ya onlar yoxdurlar, ya da siz onları görmürsünüz. Ağlınıza, böyük ehtimalla, bu gələcək. Budur Bakının insanının xüsusiyyəti. Korlaşmaq. Nəysə, deyəsən, yenə çox düşündüm və vicdanım hardasa başını qaldırıb: "Mən hələ də sağam, burdayam, ey bədbəxt!", - deyə bağırdı. Ona görə sizi sıxdım bu qədər, bağışlayın. Bu arada,