6/10
·95 syf.··
2026 7. kitabı
Bəzi fikirləri çox ədalətli olsa da, bəzi fikirləri çox radikal, mühafizəkar, qalıba salınmış idi. Məsələn qadınların zəif və qorxaq olduğunu, bunun üçün onların təbiətləri gərəyi ağır, çətin işlərdə işləməmələrini düşündüyü kimi. Qadınların çətinlik qarşısında bəzən kişilərdən belə daha dözümlü, cəsur olduğu məqamlara ya ölkəsində heç rast gəlməyib, ya da rast gəlib sadəcə qeydəyər görməyib.
Yeşil KitapMuammer El-Kaddafi · Libya Halk Bürosu Yayınları · 197568 okunma
Hamının 3-5 sətir rəy yazdığı kitaba mənim dastan yazmağım
10/10
·80 syf.··
Beğendi
·
2026 4. kitabı
Bismillah. Balaca Qara Balıq Samed Behrengi Əsər uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərə,bəlkə də, uşaqlardan daha artıq xitab edə bilər. Hekayə bir nənənin 12.000 nəvə balığa nağıl danışması ilə başlayır. Balaca Qara Balıq artıq yaşadığı sudan sıxılıb,o həyatın mənasını bu balaca yerdə qısılıb qocalmağı gözləmək,hər gün mənasızca gəzməkdə görə bilmir. Ona görə məna ilə gəzmək, görmək,dənizi tapmaq lazımdır. Ancaq Qara Balığın başda anası olmaqla dost tanışı,qohum qonşusu, hamısı, onu bu "axmaq" fikrinə görə qınayır. Bu real həyatda aldığımız qərarlara qarşı yaxınlarımızın həvəsöldürücü, qınayıcı nəzər və sözlərinə bir işarədir. Qara Balıq isə bu qədər söz söhbətə baxmayaraq öz əməlindən dönmür və uzun bir səyahətə çıxır. Bu isə biz insanlara tutdugumuz yoldan dönməmək üçün sanki bir stimul verir. Qara Balığı tənqid edənlər burada da bitmir,o əvvəlcə həyatın bərki-boşunu görməmiş,valideyninin fikri ilə formalaşan çömçəquyruqların,daha sonra isə necə bu qədər egolu və cahil olduqlarına sübut kimi göstəriləcək ana qurbağanın kinayəli sözlərini dinləməyə məcbur qalır. Bəlkə də,günümüzdə bunu sosial media ilə bağlayan bilərik. Bizi tanıyanlar qədər tanımayanlar da bizi həvəsdən salmağa çalışır,daim mənfi fikir ötürürlər. Sanki özləri bacaramadıqları şeylərin acığını bacarmağa çalışanlardan çıxırlar. Sanki o Balaca Qara Balıq haqlı olsa,indiyə qədər yaşadıqları ömrün puç olmasından qorxurlar.Biz isə Qara Balığın mövqeyindən baxmalı və onun etdiyi kimi bu sözlərə fikir verməməli,ötüb keçməliyik. Qara Balıq bu görüşdən sonra nəhəng bir xərçənglə rastlaşır. Xərçəng o əsnada bir qurbağanı parçalayıb yeyirdi. Qara Balıq o dəqiqə bu məxluqdan ehtiyat eləməli olduğunu anlayır. Xərçəng onu aldadıb yanına çağırmağa çalışsa da, qəhrəmanımız gözüaçıqdır. Özünün də dediyi kimi "ağlı,
Balaca Qara BalıqSamed Behrengi · Simurq Nəşriyyatı (Parlaq İmzalar) · 202336,8bin okunma
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
10/10
·392 syf.··
Beğendi
·
2026 12. kitabı
·
8 günde okudu
·
Okunma: 20 Nisan 2026 08:41
"Tehranin damlari",ardinca da "Tehranda kitab dukani" əsərlərini oxudum.Ayri-ayrı müəlliflərin əsərləri olsa da,sanki bir kitab o birinin davamıdır.Sadəcə başqa ailələrin həyatı.. İnqilab,azadlıq,sevgi..Hər iki kitabda məharətlə təsvir edilib.Zəridən,Paşadan,Fəhimədən,Əhməddən ayrılanda sanki o həyatın içindəydim,onlardan ayrıldım..Nə qədər belə yaşanmış həyatlar olub.Şahın zülmündən Amerikaya sığınıb öz əzizlərindən,çətin olsa da xoşbəxt həyatlarından (illər sonra anlayırlar),ilk sevgilərindən ayrılırlar..
Tehranın DamlarıMahbod Serajı · Qanun Nəşriyyatı · 2021609 okunma
10/10
·103 syf.··
2026 6. kitabı
Kitaba keçməzdən öncə qeyd etməliyəm ki, müəllif sona yaxın həm əsərin adının, həm də üz qabığındakı təsvirin mahiyyətini elə bir dəqiqliklə açır ki, oxucu bu seçimin heç də təsadüfi olmadığını anlayır. Hətta deyərdim ki, kitabın bütün fəlsəfəsi məhz bu ana xətt üzərində qurulub. Povestdə həyatda edilən yanlış seçimlərin ətrafındakı doğru insanların taleyini necə alt-üst etdiyi böyük ustalıqla təsvir olunub. Əsərdəki obrazların hər biri( Hamlet, Liliya, Bulud, Türkay, Nazilə, Əli, Mirzə )o qədər canlıdır ki, onların heç birinin təsadüfi olmadığını, hər birinin taleyinə incəliklə toxunulduğunu hiss edirsən. Hekayə Türkayın yetimxanadakı acınacaqlı həyatı ilə başlayır. Türkayın timsalında biz günümüzün ən böyük ağrılarından birini ,valideynləri tərəfindən ya məcburiyyətdən, ya da məsuliyyətsizlikdən kimsəsizlər evinə atılan uşaqların acı taleyini görürük. Müəllif oxucuya çatdırır ki, o soyuq divarlar arasında tənhalığı iliklərinə qədər duyan bu uşaqlar üçün yad bir insanın kiçik bir nəvazişi belə ruhlarında böyük ümidlər cücərdə bilər.Əsərdə ailə daxili problemlər, xüsusən də Hamletin atası ilə olan münasibəti çox təsirli işlənib. Atasının, onun rus xanımla qurduğu xoşbəxt nikahına etiraz edərək onu övladlıqdan silməsi və çətin anında yanında durmaması bir övladın yaşaya biləcəyi ən ağır sınaqlardan biridir. Valideynlər övladlarının seçimlərinə hörmət etməli, onlar büdrəyəndə isə kürəklərini söykəyə biləcəyi bir dağ olmalıdırlar. Kitabda insana dair hər şey var: dostluq, sevgi, önyarğı və inam. Əsər o qədər axıcıdır ki, bir nəfəsə oxunur; geriyə boylananda qaranlıq qalan heç bir detal yoxdur. Mütaliə zamanı bəzən obrazlara qarşı önyarğı ilə yanaşdığım, onlara əsəbləşdiyim anlar olsa da, sona çatdıqda anladım ki, heç nə ilk təəssüratdakı kimi deyil və hər şeyə səbrlə
1000Kitap
Əl İşiNərimanlı · Adiloğlu Nəşriyyat · 20242 okunma
Ümid
8/10
·296 syf.··
2026 12. kitabı
·
4 günde okudu
·
Okunma: 17 Mart 2026 22:32
Əsərin giriş hissəsində qeyd edildiyi kimi, bütün şəxslər və hadisələr uydurma olsa da, məktəbdə tarixi yaxşı oxumağıma və History 365 kanalına hər həftə saatlarla baxmağıma baxmayaraq, London Blitz haqqında kifayət qədər məlumatlı olmadığımı anladım. Ümumiyyətlə, dünyanın ən böyük imperiyalarından birinin belə güclü bombardmana məruz qalması məni çox təəccübləndirdi. Əsərdə vaxtında baş vermiş hakimiyyət dəyişiklikləri incə bir xətt kimi təqdim olunur. Çətin dövrlərdə qadınların və ümumilikdə insanların birlikdə mübarizəsi, kütlə psixologiyasının müsbət tərəfləri uğurla əks etdirilmişdir. Lakin məncə, obrazların daxili dünyası kifayət qədər dərin açılmayıb. Bu hadisələrə Lev Tolstoy üslubunda daha geniş və fəlsəfi yanaşma görmək istəyərdim. Əsəri çətin dövrü təsvir edən, lakin nisbətən yüngül roman kimi qiymətləndirmək olar. Daha dərin məna qatları əlavə edilərək yenidən işlənməsi əsəri daha təsirli edə bilərdi.
1000k
Londra’nın Son KitapçısıMadeline Martin · Yan Pasaj Yayınları · 2024311 okunma
10/10
·394 syf.··
Beğendi
·
2026 2. kitabı
·
62 günde okudu
·
Okunma: 14 Mart 2026 00:44
(Spoiler var!!!) Fyodor Dostoyevskinin “Ezilenler” romanı sadəcə bir hekayə deyil; bu əsər insan qəlbinin ən incə və ən ağrılı tərəflərinə toxunan bir hekayədir. Kitabı oxuduqca insan anlayır ki, bəzən bir insanın taleyi yalnız onun öz səhvləri ilə deyil, ətrafındakı insanların qüruru, laqeydliyi və məsuliyyətsizliyi ilə də formalaşır. Əsərdə mənə ən çox təsir edən obraz Nelli oldu. Nelli çox kiçik yaşlarından həyatın ağır üzünü görmüş bir uşaqdır. Anasının çəkdiyi əzablar, atasının məsuliyyətsizliyi və babasının qüruru onun həyatını qaranlıq bir taleyə çevirmişdir. Bu qədər ağrı və tərk edilmişlik hissi yaşayan bir insanın ürəyində insanlara qarşı güvən qalması demək olar ki mümkün deyil. Buna görə də Nelli özünü qorumaq üçün sanki görünməz bir divar hörür. O divarın arxasında isə çox həssas, çox kövrək və sevgi axtaran bir uşaq gizlənir. Nellinin ən təsirli tərəfi onun qürurudur. O həyat boyu əzab çəksə də kiminsə ona yazığı gəlməsini qəbul etmək istəmir. Çünki onun üçün yazıq görünmək sanki ikinci dəfə məğlub olmaq deməkdir. Bu qürur onun yaralanmış ruhunun müdafiə qalxanı kimidir. Lakin əsərdə Vanya kimi insanların varlığı ümid işığı kimi görünür. Vanya özü də kasıb və çətin həyat yaşayan bir insan olsa da, başqasının dərdini görməzlikdən gəlmir. O Nellini sadəcə yazıq bir uşaq kimi deyil, anlayış və mərhəmətə ehtiyacı olan bir insan kimi qəbul edir. Onun bu davranışı Nellinin içindəki buzları yavaş-yavaş əridir. İlk dəfə olaraq Nelli dünyada yalnız qəddarlıq deyil, həm də yaxşılıq olduğunu görməyə başlayır. Əsərdə Nataşa ilə atası arasındakı münasibət də çox dərin və təsirlidir. Bir tərəfdə qızına sonsuz sevgi bəsləyən bir ata, digər tərəfdə isə sevgisinə görə səhv etmiş bir qız dayanır. Lakin bu sevginin qarşısında böyük bir maneə var — qürur. İnsan bəzən
EzilenlerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202223,8bin okunma