9/10
·85 syf.··
2026 61. kitabı
·
3 saatte okudu
·
Okunma: 05 Haziran 2026 02:09
Stoik fəlsəfənin Fortuna (Tale), Fatum (Qədər) və Providentia (Tanrısal Öngörü) anlayışları haqqında olan, antik dövrdən günümüzə gəlib çatan ən mühüm mətnlərdən biri sayılan "De Providentia", ritorika sənətinin incəlikləri ilə işlənmiş üslubu sayəsində hər şeydən əvvəl klassik bir ədəbiyyat əsəridir. Məzmununun stoik əxlaq prinsipləri ilə zəngin olması, Tanrı ilə insan arasındakı münasibətləri ətraflı şəkildə araşdırması, yaxşı və pis anlayışlarını aydın ifadələrlə izah etməsi, həyat və ölüm məsələlərinə yanaşması baxımından bu əsər qədim Romadan günümüzə qalan nümunəvi bir əxlaq fəlsəfəsi mətnidir. İnsan ağlı kainatı, Tanrını, insanı, yaxşılığı, pisliyi, təbiəti, qədəri, taleyi, talesizliyi, səbir etməyi, həyatı və ölümü sorğuladıqca, ədəbiyyatla fəlsəfəni bir araya gətirən "De Providentia" səmimi dili ilə ona sonsuza qədər işıq tutacaqdır. Qısa olaraq kitab nə deyir? Seneka bu əsərdə əsasən belə bir suala cavab axtarır: "Əgər kainatı ağıllı və ədalətli bir Tanrı idarə edirsə, niyə yaxşı insanların başına pis hadisələr gəlir?" Onun cavabı budur ki: Çətinliklər və əzablar həmişə cəza deyil. Güclü və fəzilətli insanlar sınaqlarla möhkəmlənirlər. Xarici hadisələrdən çox, insanın onlara münasibəti vacibdir. Qədərdən qaçmaq mümkün deyil, amma ona ləyaqətlə yanaşmaq mümkündür. Həqiqi xoşbəxtlik sərvətdə və rahatlıqda deyil, xarakterdə və müdriklikdədir. Bu səbəbdən "Tanrısal Öngörü (De Providentia)" Stoik fəlsəfənin ən vacib əsərlərindən biri hesab olunur və xüsusilə həyatın ədalətsiz göründüyü dövrlərdə insana fərqli baxış bucağı qazandırır
Tanrısal ÖngörüSeneca · Kabalcı Yayınevi · 20071,089 okunma
“İnsan hər şeyə alışır — bu, onun ən qorxulu tərəfidir.”
10/10
·560 syf.··
Beğendi
·
2026 1. kitabı
“Bu kitab məni çox düşündürdü. Raskolnikovun daxili mübarizəsi, etdiyi cinayətdən sonra yaşadığı vicdan əzabı insan psixologiyasını çox təsirli şəkildə göstərirdi. Oxuduqca onun qorxusunu, peşmanlığını və təkliyini hiss etmək olurdu. Əsərdə sadəcə bir cinayət yox, insanın öz içində apardığı müharibə təsvir edilir. Bəzi hissələr ağır olsa da, hadisələrin gedişi marağı daim saxlayırdı. Xüsusilə personajların düşüncələri və dialoqları kitabı daha dərin edirdi. Məncə bu əsər insanın yaxşı və pis tərəfləri arasındakı sərhədi göstərən ən güclü romanlardan biridir. Kitab bitəndən sonra belə insan uzun müddət haqqında düşünür. Oxuduğum ən təsirli və yadda qalan kitablardan biri oldu.”
Cinayət və CəzaFyodor Dostoyevski · Bakı, Öndər Nəşriyyatı · 2006194bin okunma
Reklam
"Çəhrayı çobanyastığı"
8/10
·296 syf.··
2026 30. kitabı
·
3 günde okudu
·
Okunma: 22 Mayıs 2026 11:28
hekayəsi bitdi. Sara İbrahimin "Çəhrayı çobanyastığı" romanı son vaxtlar oxuduğum ən təsirli əsərlərdən biri oldu. ️ ​Hadisələr Kabardin-Balkarın paytaxtı Nalçik şəhərində və doğma Bakımızda cərəyan edir. Romanın mərkəzində dayanan Qumuq zadəganı Timurçin obrazı elə ilk səhifələrdən mənə çox doğma gəldi. Normalda kişilərin ailəsinə qarşı soyuqqanlılığı məni çox qıcıqlandıran bir vəziyyətdir, amma nədənsə bu romanda Timurçini heç qınaya bilmədim. Onun daxili dünyası, yaşadıqları buna icazə vermədi. Təbii ki, yazıçı təxəyyülü də var, amma bu bir avtobioqrafik romandır. (Müəlliflə qeydlərimə əsaslanaraq) Mən də bilirsiz ki, yaşanmışlığı olan, real talelərdən bəhs edən əsərləri həmişə daha çox sevirəm. Sara xanım müharibəni, terror səhnələrini və insan psixologiyasını çox gözəl işləyib. Və Aybikə obrazı. Aman Allahım! Elə bir obrazdır ki, ona nə qədər cəza verilsəydi, yenə də az olardı deyə düşünürəm. Və məncə, yenə də az oldu. Romanın ən gözəl yekunu elə Zamirənin o unudulmaz sözləridir: "Möcüzələr ona inananda gerçəkləşir." ​Əgər həm tarixi kökləri olan, həm də insan ruhunun dərinliklərinə toxunan real bir sevgi və mübarizə hekayəsi axtarırsınızsa, mütləq oxuyun. @xannesriyyati na təşəkkür edirəm
Çəhrayı ÇobanyastığıSara İbrahim · Xan Nəşriyyat · 20257 okunma
Puan vermedi·636 syf.··
2025 13. kitabı
yalan demiyecem oxuyarken ureyim sixildi cox darixdirici geldi mene cunki klassika sevmirem(( Əsərin baş qəhrəmanı Rodion Raskolnikov adlı gənc tələbədir. O, kasıblıq içində yaşayır və dünyanı dəyişmək üçün “xüsusi insanlar”ın cinayət etməyə haqqı ola biləcəyini düşünür. Bu fikirlə yaşlı sələmçi qadını öldürür. Ancaq cinayətdən sonra vicdan əzabı, qorxu və psixoloji gərginlik onun həyatını cəhənnəmə çevirir. Sonunda o, Sonya adlı saf və imanlı bir qızın təsiri ilə cinayətini etiraf edir və cəza çəkmək üçün Sibirə sürgün edilir. Orada isə yeni bir mənəvi doğuluş yaşayır. Əsərin əsas mövzuları: Vicdan və günah Ədalət və cəza İnsan psixologiyası Yoxsulluq və sosial ədalətsizlik Sevgiylə mənəvi dirçəliş
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013194bin okunma
Atamın kitabı♡
9/10
·329 syf.··
Beğendi
·
2026 91. kitabı
·
3 günde okudu
·
Okunma: 12 Nisan 2026 17:44
Kitab haqqında yazmazdan əvvəl onun mənim həyatımda tutduğu yerdən qısaca bəhs etmək istəyirəm. Bu kitab mənim uşaqlığımdır. Ona görə yox ki, onu uşaq vaxtı oxumuşam; ona görə ki, həyata gözümü açandan, ağlım kəsəndən bəri bu kitabı evimizdə, atamın kitab-dəftərləri arasında görmüşəm. Hətta kiril əlifbası ilə oxumağı altı yaşımda məhz bu kitabın üzərində öyrənmişəm. Əlbəttə, o zamanlar kitabı tam oxuya bilməzdim... İllər keçdi. Qarşıma çox kitablar çıxdı, çox kitablar oxudum. Amma bu kitab ağlımın bir küncündə - atamın ən sevdiyi kitablardan biri, evimizin bir üzvü kimi - yerini qoruyub saxladı. Və vaxt gəldi, özüm də bu kitabı oxudum... “Ömürlük cəza” Vidadi Babanlının 1996-cı ildə tamamladığı iki hissəli romandır. Əsərin mövzusunda ilk diqqət çəkən məqam Mürvət və İnci müəllimin nakam ilk məhəbbətidir. Lakin müəllif yalnız ilk məhəbbət hekayəsi ilə kifayətlənmir. O, bu sevgi xəttinin fonunda və bir neçə fərqli obrazın timsalında dövrün yüksək vəzifəli şəxslərinin qaniçənliyini, səlahiyyətlərindən istifadə edərək insanların həyatını məhv edən harınlamış məmurları tənqid edir və bunu məharətlə açıb göstərir. Mürvətin ilk məhəbbətinin nakam sonlanması da məhz vəzifəli şəxs Qeysərlinin ona tutduğu divanın nəticəsi idi - “Ömürlük cəza”... “Köhnəlməyən, odu heç vaxt sönməyən yalnız ilk məhəbbətdir...”
Edebiyat
Ömürlük CəzaVidadi Babanlı · Boz Oğuz Nəşriyyatı · 19984 okunma
10/10
·592 syf.··
2026 3. kitabı
·
209 günde okudu
·
Okunma: 06 Nisan 2026 14:38
Cinayət və Cəza romanını oxumağım kifayət qədər uzun çəkdi. İlk səhifələrdə bir az sıxılırdım, buna görə də kitabı tədricən fasilələrlə oxuyurdum. Lakin hadisələr daha da gərginləşdikcə və süjet irəlilədikcə kitab mənim üçün daha maraqlı oldu və diqqətimi tam şəkildə cəlb etdi. Xüsusilə Raskolnikovun daxili aləmi, düşüncələri və psixoloji vəziyyəti mənə çox təsir etdi. O, etdiyi hərəkətlərə baxmayaraq mənim gözümdə tamamilə “sıradan bir günahkar” kimi görünmədi, daha çox daxili mübarizə aparan, qarışıq düşüncələr içində olan bir insan təsiri bağışladı. Onun cinayəti və bunun ətrafında cəmiyyətin reaksiyası mənə bəzən şişirdilmiş və çox sərt gəldi. Raskolnikovun bəzi fikirləri ilə müəyyən qədər razılaşdım, onun düşüncə tərzində məntiq və fəlsəfi yanaşma hiss olunur. Bəlkə də hadisələr başqa cür inkişaf etsəydi, nəticə də tam fərqli olardı. Ümumilikdə isə bu kitab mənə insan psixologiyasının nə qədər dərin və mürəkkəb olduğunu göstərdi və düşünürəm ki, hər kəs bu əsəri həyatında ən az bir dəfə oxumalıdır.
Cinayət və CəzaFyodor Dostoyevski · Teas Press · 2025194bin okunma
Reklam
Reklam