Şəxsi düşüncələrim
Sizcə cənnət və cəhənnəm haradır, necədir, nəyə bənzəyir? 7 mərtəbə yuxarı, 7 mərtəbə aşağı, mələklər, şeytanlar, sehrli ağaclar, alov ya nə? Sizcə Allah insanları günah və savabları üçün cəzalandırmaq və yaxud mükafatlandırmaq üçün neçə qatlı məkan mı yaradıb? Məncə yox. Cəza və mükafat mexanizmi biz özümüzük, daha doğrusu daşıdığımız bir şey. Vicdan! Heç kim 100% yaxşı və ya pis deyil. YinYang pisliyin içində yaxşılıq və yaxşılığın içində pislik. Ən kiçik günahınızda ağırlaşan vicdanınızı və ən kiçik sabahda yüngülləşən ruhunuzu düşünün. Cənnət də cəhənnəm də vicdanımızdır. Ona görə çətinliyə düşəndə ilk vicdanımızı qorumağı öyrənməliyik. Bu dünyada cənnəti də cəhənnəmi də yaşamaq öz əlimizdədir. Günahkarlar vicdanları ilə cəzalandırıldılar bəs məzlumların yaşadıqları nolacaq?! Çox qorxulu bir yuxu gördüyünüzü düşünün. Başınıza ağır şeylər gəlir. O yuxudan oyanırsınız bəzən heç xatırlamırsınız da. Bax belə. Ölmək son deyil, başqa bir dövrün başlanğıcıdır. Və həmin məzlumlar da digər dünyada daha geniş bir ruh, daha açıq bir beyin və anlama qabiliyyəti ilə mükafatlandırılırlar. Və güclü iman, ruhun aydınlıq və azadlığı çox vaxt böyük bir çətinlikdən sonra gəlir.
İki ildi Anna Karenina oxumağ istəyirəm amma hələ də ertəliyirəm. Sonunu bilirəm oxuduğum kitabların bəzilərinin bu da məni o kitaba başlamağa təşviq edir .Amma bu Anna Kareninaya bir türlü başlaya bilmirəm .Annanın öləcəyini bilirəm amma oxumağ istəyirəm . Qismət olsa bu yay oxuyacam . Suç və cəza o qədər ürəyimi üzdü ki 3 aya ancağ oxudum bunda belə birşey yaşansın istəmirəm.
Reklam
Dostoyevski “Cinayət və Cəza” romanında deyir: Sevgi olmadan hörmət olmaz. Tolstoy isə “Anna Karenina” əsərində deyir: Hörmət, sevginin olmadığı yerdə boşluqları dolduran vasitədir.
İnsan ve Duygular
Kitabxanamın yeni üzvləri
Bu gün kitab sərgisində idim və yeni kitablar aldım. İndi isə hər biri haqqında sizə məlumat verəcəyəm. Başlayaq. 1.Dəlisov: I.Hissə- Şəkər Portağalı II.Hissə- Günəşi Oyadaq III.Hissə- Dəlisov Bəli bu kitab məşhur Şəkər Portağalı serisyasının III yəni sonuncu kitabıdır. Cəmi 10 manat idi amma kitab sərgisində hər kitabda olduğu kimi 20% endirim edildi və 8 manata əldə etdim. Hal-hazırda oxuduğum Günəşi Oyadaq kitabını bitirdikdən sonra başlayacağam. İnşAllah :) 2.Biz: Bu kitab məşhur 1984 kitabına çox bənzəyirmiş. Mən əslində 1984 kitabını alacaqdım amma bitdiyi üçün yox idi və satıcı sağ olsun , mənə bu kitabı tövsiyə etdi. Bu kitabın 1984 kitabına çoox bənzədiyi dediyi üçün aldım. Hətta bu kitab 1984 kitabından əvvəl dərc olubmuş. Qiyməti 12 manat idi və endirim ilə 10 manata əldə etdim. Hal-hazırda rəflərimdə olan bəzi kitabları oxuduqdan sonra başlayacağam. İnşAllah :) 3.Cinayət və Cəza: Məşhur yazıçı Fyodor Dostoyevski yə aid bu kitabı almaq çoox istəyirdim. Bu kitab əslində 600-680 səhifə arasındadır amma böyük versiyası olmadığı üçün qısa 128 səhifəlik versiyaanı aldım. 5 manat idi amma endirim ilə sadəcə 4 manata əldə etdim. Növbəti aylarda oxuyacağam. İnşAllah :) 4.Kimya Adam Kasper: Bu 23 səhifəlik kitabı əslində almaq kimi bir fikrim yox idi , üzərindəki yazını görənə qədər. Bəli , bu kitabdan əldə edilən pul Xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara yardım üçün göndəriləcək. .Buna görə də aldım. Satıcı kitabın çapı üçün 2 manat xərcləndiyini dedi və mən 5 manata əldə etdim və yolda evə qayıdarkən oxudum. Normal uşaq kitabıdır amma əsas odur ki, az da olsa uşaqlara xeyrim dəydi.
Alıntı
Nəhayət. Bu anı o qədər təxirə salmışdım ki, artıq özümə etiraf etməkdən belə çəkinirdim: qorxurdum. Bəli, qorxurdum. Çünki “Karamazovlar Qardaşı” sadəcə bir roman deyil, o, Dostoyevskinin bütün əvvəlki kitablarının toplaşdığı bir məhkəmə zalıdır. Mən isə bu məhkəməyə hazırlıqsız gəlmək istəmirdim. Buna görə də səbirli oldum. “Yeraltından Qeydlər”lə başladım – o, mənə ilk şilləni vurdu: “Kim olmaq istəyirsən? Özün, yoxsa funksiya?” Sonra “Cinayət və Cəza” gəldi – Raskolnikovla birlikdə o dar otaqda boğuldum, balta ilə vicdanımı parçaladım. “İdiot”da Mışkini görmək... O, mənə elə gəldi ki, çox saf, deməli, çox yalnız. Və nəhayət, “Şeytanlar” – mən onu sonraya saxlamışdım, Karamazovlardan sonraya. Çünki bilirəm: o, bütün bu xəstəliyin, bu nihilist qıcolmaların ifrat həddi olacaq. Bəs indi? İndi bütün bu personajlar mənim içimdə yaşayır. Raskolnikovun boğulmağı, Mışkinin titrəyişi, Yeraltı adamın nifrəti, Stepan Trofimoviçin boş sözləri... Hamısı bir yerdə sıxışıb gözləyir. Onlar Aloşa, Dmitri, İvan, Smerdyakov və o əfsanəvi “Böyük inkvizitor”la qarşılaşmağa hazırlaşır. Mən də hazıram? Bəlkə də, yox. Amma artıq geri dönüş yoxdur. Dostoyevski məni bütün bu illər ərzində bu qapıya qədər gətirdi. İndi qapını açıb içəri girirəm. Arxamca bağlanacağını bilə-bilə. Başlayıram.
Edebiyat & Roman
Dostoyevskinin Cinayət və Cəza romanında bir səhnə var, onu unutmaq mümkün deyil.Sonya romanda sərxoş kişinin qızı, vərəm xəstəsi olan ana və kiçik qardaşları olan, həyatın bütün ağırlığı üzərində bir obrazdır. Ailə səfalət içində, ata pulunu şəraba və şəkərə xərcləyirdi. Sonya özünü günahkar bilməsinə və özündən iyrənməsinə baxmayaraq kasıb ailəsinə baxmaq üçün əxlaqsızlıq edirdi. Atasının ölümü və anasının ağır xəstəliyindən sonra kiçik qardaşlarına tək baxan idi.. Raskolnikov Sonya ilə danışmağa gəldikdən sonra bir səhnədə, Sonya çəkdiyi əzabları Raskolnikova danışır, Raskolnikov gözü yaşlı Sonyanın üzünə baxıb və birdən cəld hərəkətlə diz çöküb ayaqlarından öpdü.. Solğun üzlü, ağrı içində olan Sonya ondan bu hərəkəti soruşdu : "Siz nə edirsiniz ? Nə üçün mənim kimi birinin qarşısında səcdə edirsiniz"- deyə mızıldandı.. Raskolnikov ayağa qalxdı, pəncərənin qarşısında dayanaraq : "Mən sənin önündə deyil, insanlığın çəkdiyi əzabların qarşısında baş əyirəm, Sonya"- deyə cavab verdi....
Reklam
Reklam