Əvvəlcə axşam düşər, sonra mənim ürəyim… Küləklər dənizlərin üzünü qırışdırar. Qapını cırmaqlayar səni görmək istəyim, Səbrimin pişiyini divara dırmaşdırar. Əllərimi yandırar soyuq, quru fotolar Axtararam, tapmaram otağımda ölməyi… Külqabıda dəfn olar siqaretlər, qutular, Qədəhlərə boşalar şüşələrin ürəyi. Mən bu sevgi testini istəmirəm yoxlayım, Qorxuram üç doğrunu silər yanlışın biri. Başın çiynimdə yoxdu, səni necə qoxlayım? Əllərimdə darıxır əllərinin boş yeri… Mən bir az öz-özümdən, bir az səndən gedirəm Mən hamıdan gedirəm gəlib sənə çıxmağa… Hər səhər darıxmağı parça-parça edirəm, Hər gecə qandallanır ürəyim darıxmağa… Qismət Rüstəmov
Şiir
Qəlbim ən çox da səni sevdiyini deyib, əməlləri ilə bunun əksini göstərənləri gördükcə darıxır… Sevgi iddiası dillərdə qalıb, amma həqiqət addımlarda görünmür… Sanki hər kəs Kufə olub — söz verib, amma vəfasız çıxan… Və yenə də Kərbəla tək qalır, yenə də haqq azlıqda qalır…
Reklam
Qismət Rüstəmov - Sirenalar üçün
Əvvəlcə axşam düşər, sonra mənim ürəyim… Küləklər dənizlərin üzünü qırışdırar. Qapını cırmaqlayar səni görmək istəyim, Səbrimin pişiyini divara dırmaşdırar. Əllərimi yandırar soyuq, quru fotolar Axtararam, tapmaram otağımda ölməyi… Külqabıda dəfn olar siqaretlər, qutular, Qədəhlərə boşalar şüşələrin ürəyi. Mən bu sevgi testini istəmirəm yoxlayım, Qorxuram üç doğrunu silər yanlışın biri. Başın çiynimdə yoxdu, səni necə qoxlayım? Əllərimdə darıxır əllərinin boş yeri… Mən bir az öz-özümdən, bir az səndən gedirəm Mən hamıdan gedirəm gəlib sənə çıxmağa… Hər səhər darıxmağı parça-parça edirəm, Hər gecə qandallanır ürəyim darıxmağa… Əvvəlcə axşam düşür, sonra mənim ürəyim…
Qismət Rüstəmov
Qismət Rüstəmov
Şiir
Balaş Azəroğlu - Yaltadan məktub
Sevgilim, yağışlı bir yaz günüdür, Tutmuş hər tərəfi yenə çən, duman. Nə sahil, nə şəhər, nə göy görünür.
Şiir
Son 20 saatdan mənə qalanlar
Sevgi,qorxu,məyusluq,peşmançılıq həm rahatlıq, həm sevinc, həm də yarımçıq qalan hissləri yuxuda yaşayıram bu gün birşey anladım mən çox peşmanam həmdə bunu bütün iliylərimə qədər hiss edirəm ürəyimə bir sızıltı girir amma qürurum bunu ört basdır etməyə çalışır .Çalışır ki mən yenə peşman olmayım o dirənir ki mən yenə belə şeyləri birdə düşünməyə məcbur qalmayım o mənə deyir ki dərsini aldın artıq bəsdir Bəs niyə ? Mən nə etdim ki belə oldu səhvim nə idi ? Yox bilmirəm ama bilirəm burası mənə qalsın yazılacaq qədər qısa deyil Bəs yuxular niyə məndən əl çəkmir yuxu keçmişimlə bağlı içimdə qalan sükutun və tamamlanmamış duyğuların təcəssümüdür bunu bilirəm,elə bilməyim mənə digər məyusluq hissini yaşadır.Yuxumu bura danışım tamda bir neçə saat öncə olan yuxum.. Oradakı masa-keçmişlə bu günün arasında qurulan sakit bir körpüdü.o şəxsin mənə gülərək baxması ,hər nə olsada rahat hiss etdirməyə çalışması bir zamanlar itirilmiş qopan bağların geri dönməsi kimi idi. lakin baxışlarındakı məyusluq bunun artıq əvvəlki kimi olmadığını xatırladırdı.Yuxuda hiss etdiyim həm sevinc, həm də kədər, qəlbimin iki tərəfə bölünmüş halını mənə xatırlatdı .sanki ,bir tərəfim hələ də onun varlığında özünü güvəndə hiss edir, digər tərəfim isə keçmişin kölgələrindən ötrü darıxır və o bilir ki çox gecdi .sən itirdin Bəs doğurdan İtirdim?
Kamal Hüseynzadə - Darıxır
Yazdığın məktubu aldım, gözəlim, Titrədi məktubunu tutmuş əlim. Soruşursan: "Nə var o bağda gəlim?"
Şiir
Reklam
Reklam