Hara atım bu kədəri? Yox hesabı, yox qədəri, Görünür məndən ötəri Hardasa ölüm darıxır...
Bütün həyatımı arxada qoyuram, geri dönmək ümidimi qoruyub saxlayıram, amma eyni zamanda üzüntüdən ürəyim darıxır.
Reklam
Bu nə təhər darıxmaqdı, Axı belə kim darıxır?! Cibimdə əlim darıxır, Ağzımda dilim darıxır. Darıxır qabım-qaşığım, Darıxır yorğan-döşəyim. Evdə qalsam, evim-eşiyim. Yol getsəm, yolum darıxır. Yoluma qızlar çıxsalar, Gülüb üzümə baxsalar, Yaxama bir gül taxsalar, Yaxamda gülüm darıxır. Hara atım bu kədəri? Yox hesabı, yox qədəri, Görünür məndən ötəri Hardasa ölüm darıxır.
Sayfa 227 - İkinci kitab - Kəpənək qanadları·Kitabı okudu
"Nastenka, bəzən mən elə darıxır, elə darıxıram ki... belə dəqiqələrdə mənə elə gəlir ki, heç bir vaxt özümə həqiqi həyat qura bilməyəcəyəm, buna mənim qabiliyyətim yoxdur."
Sayfa 42 - Xəyalpərəst·Kitabı okudu
Bu qışın günündə, soyuq otaqda, Yuxusuz, tək-tənha, bumbuz yataqda, Hələ də ümidli, gözdə-qulaqda, Darıxır bir adam bir qadın üçün. Qəlbdə çırpınışlar, üzgün baxışlar, Rəsmə toxunuşlar, dodaqda kaşlar, Rəbbə yalvarışlar, gözdə yağışlar, Darıxır bir adam bir qadın üçün. Sahibsiz küçələr, çoxlu kölgələr, Bitməyən döngələr, başda “bəlkə”lər, Papiros çəkmələr, içki içmələr, Darıxır bir adam bir qadın üçün. Qaranlıq səhərlər, zülmət gecələr, Dəliyə dönmələr, aciz kəlmələr, Köhnə xatirələr və nələr-nələr… Darıxır bir adam bir qadın üçün.
“-Darıxıram". “-Hamı darıxır. Amma bir adama onunçün darıxdığını deyə bilirsənsə, vəziyyət o qədər acınacaqlı deyil, məncə. Məsələn, adam var, darıxır, darıxdığı o adam nə zənglərinə cavab verir, nə də mesajlarına".
Sayfa 87·Kitabı okudu
Reklam
Reklam