Əgər mənə bu vaxta qədər deyilirdisə, “sev”, mən də sevirdimsə, bundan nə çıxırdı? Bundan o çıxırdı ki, mən əynimdəki çuxamı iki yerə bölürdüm, onu yaxın bir adama verirdim, biz ikimiz də yarıçılpaq qalırdıq, bu rusca bir atalar sözünə oxşayır: “Bir neçə dovşanın dalınca birdən qaçarsan, heç birinə də çatmazsan”. Amma elm deyir: “Hamıdan əvvəl yalnız özünü sev, çünki dünyada hər şey şəxsi mənfəət üzərində qurulub. Yalnız özünü sevərsən, onda öz işlərini də yaxşı düzəldərsən, əynindəki çuxan da bütöv qalar.