Dilarə- Cəfər Cabbarlı
Puan vermedi·96 syf.··
2026 4. kitabı
·
19 günde okudu
·
Okunma: 20 Mayıs 2026 23:34
​"Bəzən ən böyük həqiqətlər ən kiçik kitabların içinə sığır. Cəfər Cabbarlının 'Dilarə' hekayəsini bitirdikdən sonra bir daha anladım ki, klassiklərimizin dadı, onların illər keçsə də köhnəlməyən o dərin səmimiyyəti həqiqətən bir başqadır.🩵 ​'Mini Klassika' seriyasından olan bu kiçik kitab mənə çoxdan unudulmuş, bəlkə də gündəlik qayğılar arasında arxa plana atdığımız bir həqiqəti xatırlatdı: Alim olmaq asandır, amma insan olmaq... əsl çətinlik burdadır. ​Hekayədəki Aslanın fədakarlığı, təmənnasız sevgisi və qarşılığında gördüyü o soyuq münasibət insanı dərindən düşündürür. Biz çox vaxt uğur qazanmağı, dərəcələr əldə etməyi, elmin zirvəsinə qalxmağı hədəfləyirik. Amma Cabbarlı bizə pıçıldayır ki, əgər o elmin içində vicdan yoxdursa, əgər o bilik bizi daha mərhəmətli birinə çevirmirsə, deməli, bir yerlərdə nəsə çatışmır. ​Kitab rəfinizdə mütləq yer almalı olan, həcmi kiçik, amma mənəvi yükü dağlar qədər böyük olan bir əsərdir. Oxuyun, oxutdurun və ən əsası, içimizdəki o 'insanlığı' heç vaxt itirməyin." #cəfərcabbarlı #klassikler #kitabtövsiyəsi
DilarəCafer Cabbarlı · Xan Nəşriyyatı · 202424 okunma
8/10
·128 syf.··
Beğendi
·
2025 101. kitabı
·
1 saatte okudu
·
Okunma: 20 Eylül 2025 11:13
"... gah elektrik lampasının parlaq işığ, gah da neft lampasının titrək işartısı.. Qonsu evin işıqları sönmürdü". Cəmilə Məmmədlinin " Qonşu evin işıqları" əsəri müasir Azərbaycan hekayəçiliyində psixoloji dərinliyi və nostalji duyğusu ilə seçilən nümünədir. Əsərdə müxtəlif hekayələr və bir povest yer almışdır. Hansı ki təhlilim daha çox bu povestə əsaslanır, elə kitaba da adını verən " Qonşu evin işıqları" povesti Əsər iki uşağın bir- birinə dostluq meylindən söz açır. Əsərin əsas qəhramanının dilindən danışılan bu hekayədə biz onun uşaqlığına, itirilmiş məsumluğuna həmçinin tənha bir insanın daxili dünyası və xatirələri ilə üz- üzə qalmasına şahid oluruq. Əsərin baş qəhrəmanı anası və nənəsi ilə yaşayan çox sərt bir ailə mühitində böyüyən bir qızdır, hansı ki kənd yerində onlara gülmək belə haram sayılır. Birdə digər tərəfdən onunla yaşıd Ləman var , Ləman tam da onun istədiyi həyatı yaşayan bir qızdı. Əsərdə xüsusilə Ləmanın anası " Dilarə xala" dan söhbət açılır əslində bütün qohum qonşu onu əxlaqsız adlandırsa da, biz bir uşağın gözü ilə görüb bu qadının mehribanlığına, xoş nəvazişinə və gülər üzünə aşıq oluruq. Əsər elə bir zaman və məkanda baş verir ki, qızlar 9 illik təhsildən sonrakı təhsilin var olduğundan oxuyub hərhansısa bir peşəyə sahib ola biləcəklərindən xəbərsizdirlər. Əsər qısa olmasına baxmayaraq dövr üçün və bizim üçün o qədər əhəmiyyətli məsələlərə çox incə detallarla toxunur ki... bu iki qızın dostluğu hətta sadəcə danışması belə insanlara faciə kimi gəlir halbuki Ləmanın da əsas obrazında burada bir günahı yoxdur. Əsərdə xüsusilə diqqət çəkən bir obrazda atadır. Qızın illərlə görmədiyi döndükdən sonra da heç cür bağ qura bilmədiyi ata.. heç ata da bağ qurmağa meyl göstərmir doğurdan da" gözdən iraq olan könüldən də iraq olar" fikri keçdi
Qonşu Evin İşıqlarıCəmilə Məmmədli · Elm və Təhsil Nəşriyyatı · 20159 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Bir Yarpağın Arzusu...
9/10
·192 syf.··
2025 31. kitabı
Bir Yarpağın Arzusu. Bu kitabın içərisindəki hekayələrdə müxtəlif ideyalar öz əksini tapır. Dostluq,məhəbbət,dürüstlük, paxıllıq və s. kimi duyğuların şərhini buradakı hekayələrdə axtarmaq olar. Kitabın əvvəlində Dilarə xala və qızı Sevincin həyatı,yaşadığı çətinliklər,"dostu" Arifənin Sevincin paxıllığını çəkib başına gətirdiyi hadisələr, Tərlanla evlənmək üçün onları bir-birindən birlikdə olmadan ayırması azmış kimi Sevincə iftiralar atması fonunda insanın həyat ehtirasının ona nələr etdirə biləcəyinin şahidi oluruq.Belə ki,Tərlan əsgərlikdə olarkən Arifə Sevinci ərə vermək üçün "müştəri" axtarışına başlayır və tezliklə də buna nail olur. Anasının da Sevincin də ürəyinə yatan bu evlilik sona qədər xoşbəxt davam edirmi?Müəllif burada xüsusilə də dostluq münasibətləri ilə bağlı gözəl mesajlar çatdırmışdır.Hadisələrin çox sürətlə inkişaf etməsi azca boşluq yaratsa da Ümumilikdə axıcı və maraqlı kitab idi. Bəyəndim deyəbilərəm.
1000Kitap
Bir Yarpağın ArzusuXəyalə Murad · Qanun Nəşriyyatı · 201511 okunma
Cəfər Cabbarlı - Dilarə
10/10
·96 syf.··
2025 29. kitabı
İlk dəfədir bir kitab haqqında fikirləeimi burda bölüşəcəm. Cəfər Cabbarlının "Dilarə" adlı əsəri. Bu kitabda 5 qısa hekayələr toplanıb. 1. Dilarə 2. Aslan və Fərhad 3. Mənsur və Sitarə 4. Əhməd və Qumru 5. Gülzar Açığı mənə ən çox təsir edən "Aslan və Fərhad" və "Gülzar" hekayələri oldu. Qardaş qardaşa düşmən olur, başlarına gəlməyən fəlakət qalmır. Sonda haqq ədalət yerini tapır. Amma "Gülzar" hekayəsində... İlahii, bir kişi öz qüruruna görə təcavüzə uğramış bir qadını necə el içində rüsvay edə bilər axı?! Kişilikdəndirmi bu ? Gülzarın Quranı sıx sıx tutması, tanrıya yalvarsada heç bir çarə tapmaması... Düşünün 1900 lərdə yazılmış əsərdəki bu cür problemləri biz 2025 də yaşayırıq, görürük, şahidi oluruq. Mentalitet gözəl şeydir, amma o mentalitetdəki bir şəxsiyyəti alçaltmaq var, ölüm var.. Mən o mentaliteti cahillik sayıram. Mentalitet adıyla yüz oyun çıxardırsız, özünüzdən qaydalar tətbiq edirsiz işinizə gəlməyəndə də istədiyiniz kimi hoqqabazlıq edirsiz.. Gülzarın həyatını məhv edən sadəcə bir "kişi" deyildi, bir cəmiyyət idi, olmaz olsun elə cəmiyyət! Əsəri oxumağı hər kəsə tövsiyyə edirəm, oxuyun cahil təbəqəni bari bizlər məhv edək, çürüsünlər..
DilarəCafer Cabbarlı · Xan Nəşriyyatı · 202424 okunma
Puan vermedi·96 syf.··
2025 13. kitabı
Salamlar, Cəfər Cabbarlı - Dilarə kitabı ilə qarşınızdayam. XX əsrin əvvəllərində ( 1921 ) yazılmış bu kitabda ailə- məişət, cəmiyyətin sosial həyatına güzgü tutan 5 hekayə yazılmışdır. Oxuyarkən çox gərginlik yaşadım və belə bir sual gəldi ağlıma görəsən 100 il sonra bizim də həyatımız kitablardan oxunarkən belə qarşılanacaq mı? Öz ədəbiyyatımız olduğu üçün tövsiyyə edirəm. Gülzar mövzusu gərginliyin pik həddi idi. Oxuyacaqlara xoş mütaliələr. 1. Aslan və Fərhad İki qardaşın (Aslan və Fərhad) məhəbbət və namus uğrunda verdiyi mənəvi mübarizə. Hekayədə ailədaxili etibar, sevgi və qardaşlıq münasibətləri ön plandadır. 2. Mənsur və Sitarə Zəngin və varlı bir gənc olan Mənsurun, sevgi və maddiyyat arasında qalması. Sitarənin təmkinli və düşüncəli davranışı ilə Mənsurun daxili dəyişimi. 3. Əhməd və Qumru Tələbə Əhmədin kasıb bir ailədən çıxan Qumruya olan sevgisi və sosial fərqliliklərə qarşı mübarizəsi. Cəmiyyətin qınağına baxmayaraq ruhən birləşən iki insan 4. Gülzar Gülzar adlı qadının həyat yoldaşının onu tərk etməsi ilə yaşadığı çarəsizlik, amma eyni zamanda daxili gücünü taparaq ayağa qalxması. Qadın azadlığı və sosial haqlar mövzusu. 5. Dilarə Dilarənin atası ilə yaşadığı çətin həyat və bu çətinliklər fonunda qoruduğu insanlığı və mərhəməti. İkisi də cəmiyyətin sərt üzünə qarşı aciz, amma vicdanlı.
DilarəCafer Cabbarlı · Xan Nəşriyyatı · 202424 okunma
"Dilarə"
7/10
·111 syf.··
2025 18. kitabı
·
25 saatte okudu
·
Okunma: 01 Mart 2025 21:18
Cəfər Cabbarlının “Dilarə” hekayəsi həcminin və obrazlarının sayının azlığına baxmayaraq, Azərbaycan ədəbiyyatı üçün mövzu və problematika baxımından çox böyük əhəmiyyətə malikdir. Bu əsər çox dərin mənaları özündə ehtiva edə bilir. Müəllif hekayənin ilk cümlələri ilə mövcud acınacaqlı vəziyyəti oxucunun gözləri önündə canlandıra bilir. “Günəşin sоn vərəmli tellərinin duydurduğu iyrənc bir sükut içində ana ağlayır, ata ağlayır, zavallı qızcığaz da, bu fəlakətə səbəb оlmuş kimi, qоrxudan qımıldanmayıb, yavaşdan için-için ağlayırdı”. Cəfər Cabbarlı əsərinin ilk cümləsi ilə oxucuya anladır ki, baş verən hadisələr səadətini, xоşbəxtliyini itirmiş, məqsədinə çata bilməyib, fəlakətə uğrayıb, məhv оlmuş, acılar içində olan bir ailədə baş verəcək. Cəfər Cabbarlı atanın son gücünə kimi qızı üçün apardığı mübarizəni o qədər məsumcasına təsvir etmişdir ki, oxucu atalıq hissinin necə müqəddəs və şərəfli bir duyğu olduğunu Cəfər Cabbarlının fədakar ata obrazı olan Bəşirin simasında birdaha şahidi olur. Cəfər Cabbarlının “Dilarə” hekayəsində bir atanın övladının səadəti üçün hətta canından belə gözünü qırpmadan keçməsi çox böyük bir yazıçı ustalığı ilə təsvir edilmişdir. Əsər boyunca ayağını itirdiyinə görə ağlamayan Bəşir hekayənin sonunda Dilarənin məktəbə geyinib, gedə bilmədiyi çəkmələri görüb, hönkürtü ilə ağlamağa başlayır. Bu hönkürtü ilə ağlamaq ata çarəsizliyinin sübutu idi.
1000Kitap
DilaraCafer Cabbarlı · Gənclik Nəşriyyatı · 197051 okunma