Bəxtiyar Əliyev

İkinci Qarabağ Müharibəsi
10/10
·232 syf.··
Beğendi
·
2025 5. kitabı
·
33 saatte okudu
·
Okunma: 01 Nisan 2025 21:41
Kitab 44 günlük Vətən Müharibəsindən bəhs edir. Bu 44 gün ərzində torpaqlarımızı geri qaytaran, suverenliyimizi bərpa edən və adını belə bilmədiyimiz qəhrəmanlarla tanış olmaq mümkündür. Anım günündə yürüyüş zamanı Prezidentimizin əlində tutaraq yürüyüşə qatıldığı baş leytinantın kim olduğunu və niyə məhz onun şəklini daşıdığını öyrənmək olar. Kitabın müəllifi yazıçı deyil, jurnalist olduğu üçün romanlarda qarşılaşdığımız bədii təsvir vasitələri və ədəbi üslubu çox istifadə etməyib, dümdüz yazıb. Amma müəllif özü də Birinci Qarabağ Müharibəsi zamanı uşaq vaxtı qaçqınlıq həyatı yaşadığı və İkinci Qarabağ Müharibəsi zamanı da son günə qədər cəbhələrdə olduğu üçün o hissiyatı mükəmməl bir şəkildə oxucuya çatdıra bilib.
Savaş və DumanSəxavət Məmməd · Çapar Yayınları · 20259 okunma
Reklam
9/10
·400 syf.··
Beğendi
·
2024 13. kitabı
·
10 saatte okudu
·
Okunma: 27 Nisan 2024 18:36
Oxuyucuya bu qədər zülm eləməzlər. Yazıçı acımadan, oxucunun hisslərini hesaba qatmadan qəddarlıqla qələmə alıb bu əsəri. Əsəblər korlanmadan bu kitabı oxumaq mümkün deyil. Elxan Elatlıya qiyabında çox əsəbləşdim. Bu arada, bütün gənc qızların oxumalı olduğu kitabdır, mənə görə. Oxuyub görsünlər ki, həyat "azad dovşan balaları"nın azadlıq istəklərinə uyğun bir yer deyil. Çox diqqətli olmaq lazımdır. İstəmədən edilən bir səhv, həyatı məhv edə bilir.
ŞantajElhan Elatlı · Teas Press · 0491 okunma
8/10
·256 syf.··
Beğendi
·
2023 60. kitabı
·
16 günde okudu
·
Okunma: 26 Aralık 2023 12:34
Kitab sinifdə tətbiq oluna biləcək texnikalara yer verir. Xüsusən ibtidai sinif şagirdləri üçün maraqlı metodlar var. Amma onları dəyişdirib böyüklər üçün də istifadə eləmək olar. Müəllimlərə, oxunduğu təqdirə, faydalı ola biləcək bir kitabdır.
Açılın Ben ÖğretmenimMüjdat Ataman · Elma Yayınevi · 20191,935 okunma
8/10
·68 syf.··
Beğendi
·
2023 48. kitabı
Kateqoriyası uşaq kitabı olaraq verilsə də, yaş limiti verilməyib. Yaş limiti olsaydı, hərhalda 3-5 yaş aralığı olardı. 3-5 yaş aralığındaki uşaqlarla duyğuları müzakirə etmək və onlara duyğuları öyrətmək üçün maraqlı ola bilər. Rəsm albomu ölçüsündə böyük bir kitabdır. Tamamı şəkillərdən ibarətdir. Hər iki səhifədən bir sadəcə bir cümlə var. Hər cümlə bir duygu haqqındadır. Cümlələr, "Neşe, trampolinde zıplar", "Şükran, sıcak tutar", "Sukunet, bir köpeği sever." kimi ifadə edilmişdir. P.S. Eləmədim təmbəllik, cümlələri saydım. Cəmi 37 cümlə var.
Kimse Bakmazken Duygular Ne Yapar?Tina Oziewicz · Domingo Yayınevi · 2022762 okunma
8/10
·200 syf.··
Beğendi
·
2021 9. kitabı
Kitab hər məsələnin başı olaraq iradəmizin əhəmiyyətindən bəhs edir. Yazıçıya görə, iradə tərbiyəsi üçün cəsarət qıran 2 nəzəriyyə var: 1. Xarakterin dəyişməzliyi nəzəriyyəsi 2. Azad iradə nəzəriyyəsi. Halbuki bu 2 nəzəriyyə də yalnışdır. İnsan xarakteri dəyişə bilər. İradəmiz də bildiyimiz qədər azad deyil. Bizi daha çox arzu və həvəslərimiz idarə edir. Daha dəqiq desək, gərə diqqət eləməsək və avtopilot rejimdə yaşasaq, biz nəfsimiz idarə edir. Bunların fərqində olub bunlara qarşı özümüzü qorumalıyıq. Bundan başqa, kitabda mübarizə aparamalı olduğumuz düşmanlardan bəhs edir. İlk düşman, istəksizlikdir. İnsanoğlu təmbəldir və ona qalsa heç bir şey eləmək istəməz. İkinci düşman, cinsi impulslar və şəhvətdir. Üçüncü düşman, yanlış dost çevrəsidir. İnsan, ən çox vaxt keçirdiyi 5 nəfərin ortalamısıdır. Dördüncü düşman, təmbəllik bəhanələridir. İnsan iş görməmək üçün fərqli bəhanələr uydurma "qabiliyyət"inə malikdir.
İrade TerbiyesiJules Payot · Ediz Yayınevi · 201838,4bin okunma
Reklam