QƏZƏL
İçimdə bilirsənmi, yar, necə tufanlar var?
Laləzar idi qəlbim, indisə qızıl qan var.
Mən səni sevən gündən bəxtim evini tale
Boyadı qara neyçin, bu qədri kim əlvan var?!
Hansı tərəfə baxsam, ol yanə gülüş saçdım,
Baxsan, o gülüş altda min naləvü əfğan var.
Susmaq da qəbahətdi, dinmək də sözə israf,
İndi məgər aləmdə sözdən qanan insan var?!
İblis də geyib ehram, eşq beytini dövr etdi,
Daş yağdırıb, car çəkdi ki: "Kə'bədə şeytan var!"
Dünyadə cana yetdim, vəslin dilərəm, ey yar,
Lakin yolum üstündə çox ləşkəri-hicran var.
Qəlbiqəmə bəxş eylə fəthi-zəfəri-vüslət,
Çün səndəki ləblərdə dərdlərinə dərman var!...
Elsevər Qəlbiqəm, 23. 07. 2025.