10/10
·430 syf.··
Beğendi
·
2026 12. kitabı
__"Bu kentin ne çatılarını ışıldatan ayları sayabilirsin, Ne de duvarlarının gerisine gizlenen bin muhteşem güneşi" __ Kitab adını Saib-i Təbrizinin şeirindən alıb. Oxuduğum an rəy yazmaq istədim o qədər təsiredəci bir kitabdır ki... Kitab müharibənin o darmadağınediciliyi insanların həyatından onlarca il alabilməsi. Kitab Məryəmin hekayəsiylə başlayır, ilk dəfə 5 yaşında harami sözünü eşitməsiylə - anası evlərində qulluqçu olmuş Nana və varlı Cəlilin nikahdankənar qızı olaraq. Heratın Gül Daman bölgəsində böyüyür. Kitabın ən vacib hissələrindən biri məhz Nananın qurduğu cümlələr idi qəzəbini həm qızından çıxardır həmdə qızı həyatda tək sevdiyi şey idi amma Məryəm atasına qanıb anasını tərk edir, atası tərəfindən içəri alınmayan Məryəm evə qayıdır və evdə özünü *smış anasını görür. Bundan sonra onun həyatı tam kökündən dəyişir atasının evində çox qalmır, 15 yaşındakı Məryəm 45 yaşında Rəşidlə evləndirilir, oxuyanda elə bir ehtimal ümid etmişdim ki yaxşı insan olsun ama tam əksi Məryəm həyatının sonuna kimi onunla yaşadı əzab-əziyyətlə sonra kitaba Leyla girdi ailəsi daha müasir olduğu üçün, uşaqlıq eşqi olduğu üçün necə bədbəxt olacağını bilmirdim, 14 yaşında evləri partladılana qədər anası atası ölür özü isə yaralı olduğu üçün Məryəmgildə qalmağa başlayır yəni kitabda kı ehtimallar məni o qədər boğur ki, əgər Məryəm atasının yanına getməsəydi, əgər Leylanın anası Kabildən daha tez ayrılmağı qəbul etsəydi... Rəşid o qədər iyrənc insandır Leylaya uşaqlıq eşqi Tarıkın öldüyünü deyirlər amma təəssüf spoiler sayəsində bunu bilib oxudum. Leyla məcbur onunla evlənir səbəblərdən biriysə Tarıkdan hamilə olması Rəşid kitabın sonunda bunu necə başa düşdü mənə hələdə çatmır. Qızları olur Azize (Tarıkın qızı) Leyla həm ilk analığı həmdə Tarıkın uşağı olduğuna görə ona
Bin Muhteşem GüneşKhaled Hosseini · Everest Yayınları · 2026119,5bin okunma
Hamı olmuş heç kim tərəfindən yazılmışdır
10/10
·400 syf.··
Beğendi
·
2026 37. kitabı
·
4 günde okudu
·
Okunma: 26 Mart 2026 22:42
"Gecəyarı Kitabxanası" bizə yaşaya bilmədiyimiz həyatları sorğuladan fəlsəfi və fantastik romandır. Həyatda özümüzə "Əgər o qərarı versəydim, indi harada olardım?" tipli suallar veririk. Bu əsərin də təməli həmin suallardan başlayır. Çox düşündürücü əsər idi, yarım saat oxuyub 2 saat düşünürdüm və araşdırırdım. Soxulcan dəlikləri, çəyirtkələrin intiharı, Eynşteyn-Rozen körpüsü, toxoplasma gondii, lüsid yuxu, zombi siçanlar, multikainat, simlər nəzəriyyəsi, kvant dalğa funksiyası və daha nələr, nələr... O qədər maraqlı anlayışlar çıxdı ki, öyrənmək zövq verirdi və düşüncə baş alıb gedirdi. Bu kitabda, Noranın yaşamadığı digər həyatlarına onunla birlikdə səyahət edirik. Kitabda bir çox maraqlı detallar var. İlk öncə psixologiyadan başlayaq. Gestalt psixologiyasına görə, insan beyni hər şeyi sadələşdirməyə çalışır. Biz dünyanı xaotik hissələr kimi deyil, bütöv, mənalı formalar kimi qəbul edirik. Yəni reallıq bizə olduğu kimi yox, beynimizin qura bildiyi qədər görünür. Əsərdə saatın əqrəbləri nümunə olaraq çəkilir. Əgər saatın işləmə prinsipi haqqında heç bir məlumatımız olmasaydı, ona baxanda saat əqrəbinin hərəkətsiz qaldığını düşünərdik. Burada bizə çatdırmaq istəyir ki, görə bildiyimiz dünya, yalnız dərk edə bildiyimiz çərçivənin içindədir. Hələ dərk etmədiyimiz sonsuz şeylər olduğundan, görə bilmədiklərimiz də sonsuzdur. Biz hər an sonsuz ehtimalların içində yaşayırıq, lakin beynimiz bizə sadəcə bir xətt - indiki reallığımızı göstərir. Kvant fizikasında dalğa funksiyası anlayışı var. Bu, bir zərrəciyin (məsələn, elektronun) eyni anda hər yerdə və hər vəziyyətdə ola biləcəyini göstərən ehtimallar xəritəsidir. Bu vəziyyət superpozisiya adlanır. Ancaq biz ona baxdıqda, yəni müşahidə etdikdə, bu ehtimallar tək bir nəticəyə "yığılır". Buna dalğa funksiyasının çökməsi
1000Kitap
Gecəyarı KitabxanasıMatt Haig · Qanun Nəşriyyatı · 202498,5bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Sehrli teatr! Giriş yalnız dəlilər üçün! Giriş haqqı ağıldır!
10/10
·208 syf.··
Beğendi
·
2026 34. kitabı
·
7 günde okudu
·
Okunma: 21 Mart 2026 18:51
Əsərin əvvəlində Harriyə kənardan baxmağa başlayırıq. Onun kirayə qaldığı evdə yaşayan, onu müşahidə edən adamın dili ilə yazılmış hissə bizdə Harri haqqında ilkin təsəvvür formalaşdırır. Harri başqalarının gözündə qəribə, ağır, cəmiyyətə tam qarışa bilməyən, bir az qapalı və yorğun biri kimi görünür. Sonra Harrinin dilindən olan hissə başlayır və biz dünyaya onun gözü ilə baxırıq. Onun iç dünyasına girdikcə tənhalığını, öz daxilində insanla yalquzaq arasında necə gedib-gəldiyini daha aydın görürük. O, nə insanlara tam qarışa bilir, nə də öz içindəki o sərt, vəhşi yalquzaq tərəfindən xilas ola bilir. Onun dünyası getdikcə mənasızlaşmış bir dünyadır. İnsanların içində boğulmasının, sonra təkliyə qapanmasının, mənəvi cəhətdən yorğun və bitik olmasının şahidi oluruq. O artıq həyatla bağını zəiflətmiş bir adamdır. Yaşayır, amma əslində yaşamır. Nəfəs alır, amma sanki içində həyatın özü çoxdan sönməyə başlayıb. Harri artıq bitmiş vəziyyətdə idi və hər gün intihara bir addım da yaxınlaşırdı. Hər halda özü üçün qərarlaşdırmışdı ki, maksimum iki il də yaşayıb intihar edəcək. Bu hissə çox ağır təsir bağışlayır. Çünki burada söhbət ötəri bir ümidsizlikdən getmir. Harri ölümü bir çıxış yolu kimi yox, artıq daxilində yerləşdirdiyi son qərar kimi daşıyır. Həyat isə həmişə olduğu kimi axır, öz ritmində davam edir. Küçələr doludur, insanlar yaşayır, zaman keçir, dünya öz işindədir. Özünü Yalquzaq adlandıran Harri isə bütün bunlardan kənarda qalıb. Özü də qəbul edib ki, bu həyatda onun payı yoxdur. Bir gün gecə gəzərkən bir nəfər ona kitab verir. Həmin kitabda Yalquzaq haqqında traktat yazılıb. O kitab əslində Harrinin şəxsiyyətini açıqlayır və izah edir. Əsərin ən güclü düşüncə qatlarından biri də elə budur. Harri özünü iki hissəyə bölürdü: İnsan və yalquzaq. Amma traktat göstərir
1000Kitap
YalquzaqHermann Hesse · Qanun Nəşriyyatı · 20139,7bin okunma
Nə cəmiyyətin, nə də cəmiyyət ola bilən birinin hekayəsi.
8/10
·288 syf.·
2026 4. kitabı
Harri Haller 50 yaşındadır. Ömrü boyunca ikiyə bölünmüş mənəviyyatları arasında sonsuz bir savaş hökm sürür, bir tərəfi insanlardan, sosiallıq və incəsənətdən bəslənir, digər tərəfi isə bütün bunlara ikrahla yanaşır, əzib keçməyə can atır. Harri Haller bu iki şəxsiyyətdən biri yox, onların müharibəsi arasında sıxışıb qalmış bir sivil kimidir. Özünü dərk edən bir çox insan "mən" dediyi, egosu ilə tanış olduğu andan etibarən bu tanışlığın heç vaxt bitmədiyini də anlayır. Həyatımıza daxil olan hər yeni insan və hər yeni duyğu bizə başqa bir “mən”i tanıdır; eynilə şahmat fiqurlarının yaratdığı saysız ehtimallar kimi. Lakin şahmatdan fərqli olaraq həyatda ağ və qara yoxdur, eləcə də qəti qalib. Bəlkə də məqsəd bu ehtimallar içində səhv addımlardan qorxmadan oyunu oynamağı bacarmaqdır. İnsan bəzən bu kimliklərin içində itməməkdən ötrü etibarlı, hamı tərəfindən qəbul olunan birini seçib kimliyini həmin etiketlə məhdudlaşdırır; həkim, vəkil, müəllim, prokuror, hətta ana və ata – bütün kimliyi bundan ibarət olur. Bu cür bir çox "mən"lər cəmiyyətin təzyiq etdiyi rollardır. Ayrılıqda heç bir rol insan kimi mürəkkəb bir varlığı ifadə edə bilməz. Yeni kimliklər – yeni üzləşmələr, yeni çətinliklər deməkdir. Yenilik daima qorxuludur, amma insan bir kimliyin içərisinə sığa bilməyəcək qədər kompleksdir. Hətta deyərdim ki, həyatı yaşamaq onun və özünün bütün üzlərini görüb təcrübə etmək deməkdir. Harrini yalquzağa çevirən təkcə bu iki kimliyinin fərqində olmaq, aralarında gedən daimi çəkişməsinin ortasında qalmaq idi. Bir şəxsiyyəti digərinin üstündə hökmranlıq edərkən əzab çəkirdi. Saysız-hesabsız ehtimal qapılarını açıb öz dərinliklərinə endiyi andan etibarən başa düşdü ki, bu çəkişmə sadəcə iki nəfərin yox, minlərlə kimliyin arasında gedir. İnsanlar onları görməzdən gələrək qəbul
YalquzaqHermann Hesse · Parlaq İmzalar Nəşriyyatı · 20259,7bin okunma
Puan vermedi·464 syf.··
2025 22. kitabı
İnsanlıq Tarixi kimi Tənhalıq... Qabriel Qarcia Marquez "Yüz İlin Tənhalığı " Yadlıq yüzilliyində Markesin "Yüz ilin tənhalığı "kitabını oxumaq məni daha da yadlaşdırdı... Yadlaşdıqca özümə yaxınlaşır, yaxınlaşdıqca daha da uzaq düşürəm... Ədəbiyyat real olana güzgü tutur... O zaman məndə yenə eyni düşüncələr yarandı, xoşbəxtlik genetikdirmi...?! Valideynlərin gəzdiyi bədbəxtlik ağacını ,övladlar budaq-budaqmı gəzir...?! Axı onların paralel ehtimallar içərisindən xoşbəxtlik ehtimalını seçmək imkanları vardı... Görəsən, Freud və Jung . Buendia ailəsinin psixoanalizini necə çıxarardı...?! Freud çox güman sevərdi bu ailəni))) Əgər bir nəsil yüzillik tənhalığa məhkum olubsa, həyat ikinci şansı vermir... İnsan təkcə fərd olaraq deyil, toplum olaraq da tənhadır... Hər xalq, hər mədəniyyət, hər nəsil öz dairəsinə qapanır və təkrarların içərisində boğulur... Təkrarlanan səhvlər, ehtiraslar ,adlar ,iztirablar əsrlər boyu davam edən tənhalıq öz tariximizdir... Əsər magik-realizm janrında olsada Markes uşaqlıqdan şahid olduğu hadisələr və yerləri fərqli təsvir edib... Reallıq olsada, əsərdə reallığa uymayan hadisələr var təbiki... Əslində biz də gündəlik həyatımızda “magik realizm” yaşayırıq – reallığın içində izah olunmayan anlar, təsadüflər, anlaşılmaz dövrlər var. Əsər günümüz reallığını əks etdirir, əslində hər insanın qaldıracağı əsər deyil... Marquezin Genesis (yaradılış kitabına)ə cavabı... Yalnızlıqla imtahana çəkilən, bu yalnızlığın içində bir-birlərinə sığınan bir nəslin timsalında bütün bir bəşəriyyətin keçirdiyi hiss və həyəcanları, insani duyğuları, təcrübələri, sevinc və kədər anlarını bibliya və zəngin latın amerikası mifologiyası qazanında əridərək bizə alternativ bir insanlıq tarixi olaraq təqdim edən Marquezin özü "omniscient point of view-ilahi
Yüzyıllık YalnızlıkGabriel Garcia Marquez · Can Yayınları · 202546,5bin okunma
9/10
·288 syf.··
Beğendi
·
2025 6. kitabı
·
8 günde okudu
·
Okunma: 18 Temmuz 2025 22:20
İllər sonra mən İlyas Əfəndiyevin qələmi ilə yenidən görüşdüm. Yenə eyni həyəcanla oxudum. Yeri gəldi güldüm, yeri gəldi qürurlandım, bəzən heyrətləndim, yeri gəldi məyus oldum, qəribə duyğular keçirdim. Əsər mənə çox doğma gəldi. Eyni ilə öz yaşadığım yer, dostlarım gözümün qarşısında canlandı. Biz də can dostlarımla hərəmiz Azərbaycanın bir bölgəsinə paylanmışıq... bu kitabı da mənə onlar alıblar. Ürəyimi isidən bir alıntını paylaşmaq istədim: "Biz bir-birimizin qonağı yox, dostuyuq. Aramızda uca dağlar, çovğunlu gədiklər olsa da, ürəklərimiz birdir." Aralarında uzaq məsafələr olsa da, uzun zaman görüşə bilməsələr də o yaxınlığı hiss edən 3 dost... hər bir araya gəlişləri onlar üçün bir qənimət... Onların dostluqları mənə o qədər dəyərli göründü ki. Onların daha çox xatirəsinə şahid olmaq istərdim. Romanda 3 dost, hər biri özünəməxsus xasiyyətə malik olaraq sanki bir-birlərini tamamlayırdılar. Dostlardan ikisinin - Hayk, Mikonun fikirləri ilə tanış olduq, ancaq istəyərdim Şahların da daxili aləminə səhayət edək. Şahlara qəzəbləndiyim, anlamadığım məqamlar oldu, ona görə mənə çox maraqlı idi öz iç dünyasında Şahlar necə biri idi?.. Səlimə isə ayrı bir dünya idi, bu dostluğun bir parçası da o oldu deyərdim. Öz işini haqqı ilə görməsi, gördüklərinə biganə qalmayaraq, getdiyi yerə nəfəs olması, təbiiliyi mənə xoş gəldi. O xasiyyətində necə var elə də davranır, hadisələrə daha olgun baxırdı. Hər şeyə rəğmən "ana" adına olan hörməti məni çox duyğulandırdı, haqsızlıqla üzləşdi. Şahlar ilə Səlimənin sevdasını daha da çiçəklənən görmək istərdim.. Sevdiyim yanları ilə yanaşı romanda görmək istədiyim, sona qədər gözlədiyim bəzi məqamlar oldu. Ama cavab ala bilmədim, həmin hissələr mənə sirli olaraq qaldı, bəlkə də yazar belə olsun istəyib, bəlkə də romanın sevilməyinin də
Dağlar Arxasında Üç Dostİlyas Efendiyev · Bakı Kitab Klubu · 2017216 okunma